Bu yazın dəbi qalın qaşlar solğun dəri böyük gözlər

Son güncelleme: 02.04.2010 12:57
  • noimage


    Yaz-yay sezonu makiyajı 1930 və 1960-cı illərin makiyajını xatırladacaq. 30-cu illərdə olduğu kimi tünd rənglər, göz üstündə qalın karandaş, solğun dəri və al rəngli kirşan daha çox üstünlük təşkil edəcək. Mavi və lacivərd tonlar 1960-cı illəri xatırladacaq.

    Gözlər ön planda

    Bu sezon gözlər ön planda olacaq. Hətta ən iddialı göz makiyajı aktual olacaq. Dumanlı gözlər, donuq baxışlar bu dəbin sırasındadır. Tünd bənövşəyi, ağ göz qələmləri ən çox istifadə olunan rənglər sırasındadır.Yanaqlar qıpqırmızı vurğulanacaq. Ağ dərili qızlar xüsusi diqqət çəkəcək, ağ dəri dəbi geri dönəcək. Bu mövsüm almacıq sümükləri ön plana çıxacaq.

    Təbii qaşlar

    Bu mövsümdə təbii və qalın qaşlar dəbin üstün yerlərindən birini tutacaq. İncə qaşlar karandaşla rənglənib, qalınlaşacaq.

    Qırmızı dodaqlar

    Dodaqların hakimiyyəti özünü göstərəcək. Əvvəlki parlaq və islaq dodaqlar aktuallığını itirəcək. Qırmızı dodaq boyası çəkməyənlər və sevməyənlər bu ilin dəbi sırasında olan açıq qırmızı, bənövşəyi boyadan istifadə edəcək.

    Bu il gözəl görünməyin beş sirri

    "At quyruğu" saç şəkli geri dönəcək! Yaz və yay aylarında saçlar "at quyruğu" olacaq. Uzun kipriklər mövsümün ən diqqət çəkən gözəllik elementi olacaq. Qaralmayın! Solarium eşqindən vaz keçin. Saçlarnızın dalğalı və təbii olmasına diqqət edin. Bütün qadınları mərcan rəngindən çox istifadə etmək tövsiyə olunur
#02.04.2010 12:57 0 0 0