Arıqlamağın sirri çözüldü

Son güncelleme: 03.04.2010 00:44
  • Alma- alma suyu-Qadınlar üçün



    noimage



    Elm adamları ölümsüzlüyün və arıqlamağın sirrini axtarırlar.

    Onlar artıq arıqlamağın sirrini tapdıqlarını iddia edirlər. Lent.az-ın "internethaber.com" saytına istinadən verdiyi məlumata görə, yeməkdən əvvəl alma yeməyin arıqlamağa köməkçi ola biləcəyi ortaya çıxıb.

    İngiltərədə elm adamları nahardan öncə meyvənin daha az yeməyə köməkçi olub olmadığını və arıqlamaq üçün meyvənin hansı şəkildə yeyilməsi lazım olduğuna cavab axtarıb.

    Araşdırmaya pəhriz saxlamayan və sağlam universitet tələbələri qatılıb. Gənclərə 5 həftə boyunca nahardan 3 saat sonrakı günorta yeməyindən 15 dəqiqə əvvəl qabığı soyulmuş alma, alma kompotu verilib.

    Alma yeyənlərin, xüsusilə alma suyu içənlərdən daha az yemək yediyi ortaya çıxıb.

    Araşdırmaya imza atan elm adamları, yeməkdən bir az əvvəl meyvə yeməyin toxluq dərəcəsinə və kalori istehlakına təsir edə biləcəyini söyləyiblər.

    Fransız "Le Point" jurnalının internet saytında yer alan məqalədə meyvənin toxluq hissi yaratma baxımından salat, ya da şorba qədər təsirli ola biləcəyi vurğulanıb.
#03.04.2010 00:44 0 0 0