İçindəkilər:
1 stəkan mürəbbə siropu
1 çay qaşığı soda
1 stəkan şəkər tozu
1 stəkan qatıq
2 yumurta
2.5 stəkan un
Kremin içindəkilər:
200q kərə yağı
1 banka qatılaşdırılmış süd
Hazırlanması:
1 stəkan mürəbbə siropuna 1 çay qaşığı soda töküb soyuducuya qoyun.1 saat qalıb köpəndən sonra 1 stəkan şəkər tozu, 1 stəkan qatıq, 2 yumurta, 2.5 stəkan un əlavə edib qarışdırın. Bişirib soyutduqdan sonra krem çəkin. Hazırdır. Nuş olsun!