Günü-gündən dəyişən Bakımız haqda gözəl şeir

Son güncelleme: 12.02.2012 14:38
  • Baki haqqinda Seir - Bakü siirleri


    Bakıya toxundum əsdi ürəyim,
    Toxunmaz olaydım Bakı dəyişib.
    Geyinib əyninə dekolte geyim,
    Burnu kiçilibdir, dodağı şişib

    Burdan milyardlarla qonaq ötürüb,
    Indi öz-özünə qonaq, şəhərim.
    Röyadan düzəlmə burun götürüb,
    Aygündən silikon dodaq, şəhərim.

    Qalıb bir sümükdə, bir də dəridə
    Tarix küçə-küçə, ev-ev sürünür.
    Izzətlə, Xosenin şəkilləri də
    Bakıda Bakıdan böyük görünür.

    Açıb yarıyacan öz sinəsini,
    Biabır eləyib məni bu şəhər.
    Kəsib, qayçılayıb gödəkçəsini
    Geyinib əyninə mini bu şəhər.

    Nədir səni belə qəfil dəyişən,
    De, görüb tufanmı qopub içində ?
    Sən ki, qocaldıqca lap gözəllləşən,
    Gözəl bir qadınsan şəhər cildində

    Götür bu dəsmalı sil o boyanı,
    Səndən olmayana daha qoyma qol.
    Tulla geyindiyin o dikdabanı,
    Bir az balaca ol amma Bakı ol.

    Hər küçən ,hər evin qürbət kimidir
    Hüznün, yalqızlığın paytaxtı şəhər.
    Bəlkə də Bakı bir qədim gəmidir,
    Dayanıb Bakını gözləyir Xəzər

    Şirinlik qalmayıb şirinliyindən,
    Qadınlar soyunub çıxır şəhərə.
    Mavi ekranların dərinliyindən,
    Masmavi "kişilər" axır şəhərə

    Axır mavi-mavi bəyaz yalanlar,
    Utanır, qızarır bəyaz qalanlar,
    Qırmızı-qırmızı mavi olanlar,
    Gündə bir boyanı yaxır şəhərə

    Bakının yəhəri özündə deyil,
    Dolanır özgənin atında Bakı.
    Bir günə Dubayda kökələnlərin,
    Həm özü, həm cibi "göy" gələnlərin,

    Dikdaban geyinmiş göydələnlərin,
    Qalıb ayağının altında Bakı.

    Bitib iqtidarı, qurtarıb gücü
    Səsini itirimiş yalquzaq kimi.
    Dilənçi uşağın pul yığmaq üçün,
    Asfalta qoyduğu bir papaq kimi-
    Kimdənsə mərhəmət umur bu şəhər.

    Çırpmır ! üstündəki torpaqdı, gildi
    Qanmır ki, o əvvəl belə deyildi,
    Bir Allah bilir ki, son neçə ildi
    Xəzərdə üzünü yumur bu şəhər

    Hər tində ümidə bir qəbir qazan,
    Adama xəcalət çəkdirən şəhər.
    Şairi acından şeirlər yazan,
    Mollası villalar tikdirən şəhər
    Neyləyim sevməyə bilmirəm səni

    Bir ömür gözünü yollara dikən,
    Tənha qadınların möhnəti Bakı.
    Pullu kişilərə baxıb "ah" çəkən,
    Pulsuz kişilərin qisməti Bakı...

    Seirin müəllifinə sonsuz təşəkkürlər
#05.04.2010 12:51 0 0 0
  • Super !
#17.11.2011 19:04 0 0 0
  • admin men bunu goturub isttifade elesem olar?
#12.02.2012 14:38 0 0 0