Heydər Əliyev Fondu ilə birgə "Salnamə" sənədli filmlər studiyasında "İz... Qala" sənədli filmi istehsal olunub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, filmdə qədim Bakı ətrafı kəndlərindən biri olan Qala kəndinin zəngin tarixi, iki il əvvəl Heydər Əliyev Fondunun himayəsi altında Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılmasından bəhs edilir.
Filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Şamil Əliyev, operatoru Elşən Əliyevdir. Filmin premyerası "Azərbaycan kinosu" həftəsi çərçivəsində aprelin 7-də Əzizbəyov rayon Mədəniyyət Evində təşkil olunacaq.