Sədərək Ticarət Mərkəzində yanğın

Son güncelleme: 11.04.2010 23:42
  • noimage

    Aprelin 11-də saat 19 radələrində "Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

    Ticarət Mərkəzindən Lent.az-a verilən məlumata görə, mağazalardan birində başlayan yanğın ətrafa yayılıb.

    Yanğının səbəbləri hələlik bilinmir. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını hadisə yerindədir.

    Alovun qarşısının alınması üçün tədbirlər görülür.

    Vüqar Baba

    Qaynaq:LENT.AZ
#11.04.2010 23:42 0 0 0