Mütəxəssislər hər yaş qrupundakı insanların işıqlandırılmış məkanda televiziya seyr etmələri lazım olduğunu qeyd etdi.Mütəxəssislərin şərhlərində: qaranlıqda televiziya iseyr etmələrinin sağlam olmadığını vurğuladılar. Bu vəziyyətin əvvəlcə gözə zərər verə biləcəyini ifadə edən mütəxəssislər: "Qaranlıqda televiziya seyr etmək davamlı yanıb sönən bir işığa baxmaqla arasında fərq yoxdur. Həmçinin hər növ rəng də saniyələr içərisində dəyişir. Bundan əlavə, kanal dəyişdirərkən zülmət qaranlıq və dərhal sonra parlaq işıqlıq gözə ən böyük zərəri verdiyi açıqlanır. Göz bu vəziyyətə uyğunlaşmanı təmin etmək üçün çətinlik çəkir və yorğun düşür. Göz sağlamlığı baxımından bu vəziyyət son dərəcə zərərlidir. Göz sinirlərinin köhnəlməsinə səbəb olar. Bundan başqa, görmə qüsurlarına səbəb olur.
Xüsusilə uşaqlara qətiliklə qaranlıqda televiziya seyr edilməməlidir. Onların gözləri daha həssas olduğu üçün daha çox təsir edir." deyə açıqlanıb.
Qaranlıqda davamlı yanan sönən işığa məruz qalanlarda epilepsiya xəstəliyinin daha sıx görüldüyünü vurğulayan mütəxəssislər, uzun müddət qaranlıqda televiziya seyr etməyin və bunu vərdiş halına gətirmənin bu xəstəliyi irəliləyəcəyini vurğuladılar.
Epilepsiya xəstələrinə qətiliklə qaranlıqda televiziya seyr etməmələri lazım olduğu mövzusunda bu məlumatlar da verilir: "Epilepsiya xəstələrinə yaxşı işıqlandırılmış məkanlarda televiziya izləmələrini təklif edirik. Həmçinin tez-tez kanal dəyişdirməmələri mövzusunda xəbərdarlıq edirik."