Qadının kariyerasına mane olan amillər

Son güncelleme: 12.04.2010 15:29
  • Qadınların karierinin önündəki maneələr...

    1- Kişi idarəçilər tərəfindən qoyulan maneələr
    2- Qadın idarəçilər tərəfindən qoyulan maneələr
    3- Adamın öz-özünə qoyduğu maneələrdir.

    Kişi İdarəçilər Tərəfindən Qoyulan Maneələr
    Şüşə tavan ədəbiyyatında ən çox kişilər tərəfindən qoyulan maneələrdən bəhs edilməkdədir.

    • Tərəfsizlik qanunu: Cinsiyyətlər arasındakı fərq qəbul edilərkən bir üstünlüyün olmadığının qəbul edilməsi vəziyyəti.
    • Cinsiyyət korluğu: Qadın-kişi fərqi yox; "insan" fikiri hakim.
    • Qoruma, gözləmə instinkti (yaxşı niyyətli ayrı-seçkilikçilik): Qadın bəzi bəhanələrlə ("Ailəsi çox əhəmiyyətli, çox iş verməyək"kimi) gözləniyər.
    • Qadınlara istiqamətli ön mühakimələr: Çoxu mənfi olan bu ön mühakimələr qadınların verilən üst səviyyə işləri edə bilməyəcəyinə dair fikirləri ehtiva edər. Şəxsiyyət, dayanıqlılıq və əzm baxımından qeyri-kafi olaraq qiymətləndirilərlər.
    • Qadınlarla qurulan ünsiyyət çətinliyi
    • Gücü əldə tutma istəyi

    Qadın idarəçilər tərəfindən qoyulan maneələr:

    Qadınların %50-60ı daha çox kişi idarəçilərlə çalışmaq istəyirlər. Daha çox kişi idarəçilərin qoyduğu maneələr müzakirə edilərkən qadın idarəçilərin qoyduğu maneələr göz ardı edilir.

    Qadınların öz özlərinə qoyduğu maneələr:

    • Cinsiyyət rollarına bağlı tutumlar: "Qadının yeri hara?"
    • İctimai dəyərləri sorğulamadan daxililəşdirmək: Qadınlara qarşı olan mənfi ön mühakimələri qəbul etmə, mənimsəmə.
    • İş-ailə qarşıdurması və günahkarlıq duyğusu ilə başa çıxa bilməmək
    • Özünə inam əskikliyi, qərarsızlıq, nə istədiyini bilməmək
    • Özünü inkişaf etdirmə, şərtlərini dəyişdirmə istəyi, inancı, və ya imkanı olmamaq
    • Sistemin dəyişdirilə bilməyəcəyinə olan inanc
    • Sistemi dəstəkləmə zəruriliyi hiss etmək
    • Karierdə yüksəlməyi seçməmək
    • Karierdə yüksəlmənin lazımlılıqlarını və zərurətlərini gözə almamaq
#12.04.2010 15:29 0 0 0