Türkiyədə “Rəsul Rza və Azərbaycan ədəbiyyatı mövzusunda tədbir keçirilib

Son güncelleme: 16.04.2010 13:38
  • noimage



    Türkiyənin Erciyes Universiteti ilə "Bizim Eyvan" jurnalı tərəfindən Azərbaycanın xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyi münasibətilə "Rəsul Rza və Azərbaycan ədəbiyyatı" mövzusunda tədbir təşkil edilib.

    Lent.az-ın "haberler.com" saytına istinadən verdiyi məlumata görə, tədbirə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev də qatılıb.


    Universitetin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı şöbəsinin başçısı professor Nevzat Özkan çıxışında bu il Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyəti Rəsul Rzanın 100 illik yubileyini qeyd etdiklərini bildirib. Azərbaycan türkləri ilə Türkiyə türklərinin soyu bir, boyu bir qardaş olduqlarını deyən Özkanın sözlərinə görə, bu qardaşlıq ən çox da ədəbiyyatda özünü göstərir: "Çünki dini, könlü bir olanların sözləri, ifadələri də bir olur. Bu ortaq tale bizi ədəbiyyatda, mədəniyyətdə və daha sonrakı həyatımızda ortaq taledə birləşdirdi. Böyük Səlcuq dövlətinin Türkiyə sahəsində olduğu kimi, Azərbaycan sahəsindəki qolu da böyük ölçüdə fars və ərəbcəni uzun müddət milli dil olaraq istifadə edib. Azərbaycan sahəsində də eynilə Türkiyə sahəsində olduğu kimi ərəb və farsca yazan çox böyük şairlər yetişib".


    Şair və yazıçı İmdad Avşar da Rəsul Rzanın Azərbaycanın çox güclü şairlərindən biri olduğunu söyləyib.

    LENT.AZ
#16.04.2010 13:38 0 0 0