"Eurovision-2009"da Azərbaycana üçüncülük qazandıran Aysel Teymurzadə repertuarını yeni mahnı ilə təzələyib. O, "Sən" adlı hərəkətli mahnı ifa edib.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun Lent.az-a verdiyi məlumata görə, mahnı iki versiyada yazılıb. Tezliklə bunun ekran həllinin olacağı gözlənilir.
"Klip çəkilişi üçün qərar verilib, amma kimin çəkəcəyi hələ bəlli deyil. Bu barədə fikirləşirik" - deyə B.Vəziroğlu bildirdi.
"Sən" adlı mahnı üslub etibari ilə Aysel Teymurzadənin yaradıcılığı üçün yenilik sayılır. Mahnının söz müəllifi kiçik musiqi əsərinin müasir ritmlər üzərində yazıldığını diqqətə çatdırdı.
Aysel Teymurzadə deyib ki, "Sən" yayın ritminə uyğun məhəbbət mahnısıdır və onun publika tərəfindən seviləcəyinə inanır: "Yaxın günlərdə mahnı radio dalğalarında səsləndiriləcək".