Rusiyanın "Avtovaz" konserni "VAZ 2107", "Lada Kalina" və «Lada Niva" modellərinin istehsalını artırmaq niyyətindədir.
Lent.az-ın "vesti.ru"ya istinadən xəbərinə görə, zavod rəhbərliyi may ayında 17 600 ədəd "VAZ 2107" istehsal etməyə qərar verib ki, bu da 76,6% artım deməkdir. Avtomobil həftənin 5 günü və 2 növbədə istehsal ediləcək.
Ümumilikdə isə "AvtoVaz" gələn ay 46 000 avtomobil istehsal etməyi planlaşdırır ki, bu da 6,8% artım deməkdir.
Zavod rəhbərliyi 2000-ci ildən etibarən hər il "VAZ 2107"-ni konveyerdən çıxaracağını bəyan etsə də, üstündən az vaxt keçmədən, avtomobilin istehsal müddəti artırılır. Rusiya hökumətinin 8 mart tarixdə başladığı köhnə avtomobillərin utilizasiyası proqramı da yerli avtomobillərin satışını sürətləndirib.