Fidan və Xuraman Qasımovalar

Son güncelleme: 17.04.2010 20:11
  • noimage

    Fidan Əkrəm qızı Qasımova 17 iyun 1947 - ci ildə Bakıda anadan olmuşdur.
    ADK-nın skripka (1971) və vokal şöbələrini 1972-ci ildə bitirib və həmin vaxtdan Moskva konservatoriyasında iki il aspirant-təcrübəçi olub. Oradan qayıdandan sonra, 1974-cü il-dən ADOBT-nin solistidir. Azərbaycan Respublikasının əməkdar artisti (9 yanvar 1978), xalq artisti (1 dekabr 1982), SSRİ-nin xalq artisti (1988) fəxri adları ilə təltiflənib.
    Respublika Dövlət mükafatı laureatıdır (1984). Dünya şöhrətli müğənni kimi İtaliyada, Niderlandda, İsveçrədə keçirilən müxtəlif beynəlxalq müsabiqələrin laureatıdır. Solist-ifaçı kimi repertuarına Azərbaycan və dünya bəstəkarlarının kamera-vokal əsərləri daxildir. 1974-cü ildən ADK-da dərs deyir, 1990-cı ildən oranın professorudur.
    noimage
    Fidan Qasımova opera teatrında Nigarın ("Koroğlu"), Mikaellanın ("Karmen", Jorj Bize), Marqaritanın ("Faust", Şarl Quno), Sevilin və Gülüşün ("Sevil", Fikrət Əmirov), Çio Çio Sanın ("Çio Çio San", Cakomo Puççini), Tatyananın ("Yevgeni Onegin", Pyotor Çaykovski), Miminin ("Bohema", Cakomo Puççini), Dezdemonanın ("Otello", Cüzeppe Verdi) mürəkkəb partiyalarını yüksək sənətkarlıqla ifa edib.Çəkildiyi filmlər:
    Kədərimiz... Vüqarımız... (1998)
    Maestro Niyazi (2007)
    Rəşid Behbudov 20 İl Əvvəl (1996)
    Torpaq. Dəniz. Od. Səma (1967)
    Üç Eskiz (1978)
    Ürəkdən Ürəyə (2007)
    Üzeyir Ömrü (1981)
#17.04.2010 20:11 0 0 0