Dünyanı dərdə salan vulkan yenidən püskürdü

Son güncelleme: 20.04.2010 11:39
  • noimage

    Avropa uçuşları yenə təxirə salır

    Dünən faktiki sönən Eyyafyatlayokudl vulkanı bu gecə yenidən aktivləşib.

    Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, vulkanın külü 4 min 500 metrə qədər yüksəkliyə atılır.

    Qeyd edək ki, dünən Avropa Birliyi ölkələrinin nəqliyyat nazirləri Avropada təyyarə uçuşunun qismən bərpa edilməsi barədə qərar çıxarmışdılar. Aviareyslər saat 10:00-dan bərpa olunmalı idi. Ancaq artıq bu ölkələr uçuşların qadağa müddətini artıra biləcəklərini bəyan ediblər. Finlandiya və Böyük Britaniya artıq belə bir qərarı verdiyini açıqlayıb.

    LENT.AZ
#20.04.2010 11:39 0 0 0