Dərinizi doğru qidalandıraraq cavanlaşdırın

Son güncelleme: 20.04.2010 11:46
  • Gözəlliyə gedən yolun sağlam qidalanmadan keçdiyini bildirən mütəxəssislər doğru bəslənməklə dəri qocalmasının gecikdirilə biləcəyini yazır.

    Aparılan araşdırmalar sızanaqlardan şikayət edən şəxslərdə sink çatışmazlığına rast gəlindiyini ortaya qoyur. Mütəxəssislərin fikrincə, dəridəki yağ istehsalında, sızanaq meydana gəlməsinə gətirib çıxaran hormon pozuntularında sink əhəmiyyətli rol oynayır. Lent.az "internethaber.com" saytına istinadən verdiyi məlumata görə, sink çatışmazlığını aradan qaldırmaq üçün balqabaq toxumu, zəncəfil, yulaf, yumurta və badam yeyilməsi təklif edilir.


    Qidalanma və pəhriz mütəxəssisi Ferin Batman doğru qidalanma vərdişiylə dəri yaşlanmasının gecikdirilə biləcəyini söyləyib: "Bir adamın sağlam olub olmadığını bilməyin ən sadə yolu dərisinə baxmaqdır. Çoxları dərisindəki problemləri losyonlar, toniklər və kremlərlə həll etməyə çalışır, ancaq bunların göstərəcəyi təsir yüngül və keçici olur. Problemin kökünə enmədən, bəslənmə vərdişini düzəltmədən problem həll edilə bilməz. Dərimizin yenilənməsi və yaşlanmanın gecikdirilməsi immunitet sisteminin tarazlığına bağlıdır. Doğru qidalar seçildiyində, immunitet sistemi qorunar və dərinin yaşlanması təxirə salınar".


    Dəri gözəlliyi üçün ən əhəmiyyətli faktorlardan birinin nahar olduğunu vurğulayan Batmanın sözlərinə görə, güclü bir nahar, sağlamlıq və gözəllik üçün çox əhəmiyyətlidir. Naharda enerji verən bal, meyvələr, su, meyvə şirəsi və süd əskik edilməməlidir. Bu qidalar dərini məruz qaldığı mənfi xarici faktorlara qarşı gücləndirməklə yanaşı nəmləndirib bəsləyir.

    Batman səhərlər ac qarına içilən suyun dərini daxildən bəsləyərək nəmləndirdiyinə, bol maye qəbulunun dərinin qurumasının qarşısını aldığına diqqəti çəkərək, dəri hüceyrələrinin gənc qalması və elastikliyini qoruması üçün şəkər, ağ çörək və xəmir yeməklərindən qaçmaq, duzu mümkün olduğu qədər azaltmaq lazım olduğunu söyləyib.


    Mütəxəssis mütəmadi yeyilməsi lazım olan ən əhəmiyyətli qidaları sadalayır: "Omeqa-3 yağ turşuları ilə zəngin balıq dərinin elastikliyini artıraraq yaşlanmağı gecikdirir. Qırmızı üzüm, çiyələk, albalı kimi qırmızı meyvələrin hamısı, dəri üçün ən yaxşı potensial antioksidan vəzifəsini icra edir. Çox güclü bir antioksidan məzmuna sahib olan qara şokolad da dəridəki qan axımını tənzimləməyə köməkçi olur. Ən zəngin antioksidan qaynağı olaraq göstərilən yaşıl çay sızanağın təbii müalicəsində istifadə edilir. Dəriyə möhkəmləşdirici təsir göstərir. Nar yüksək antioksidan məzmunu səbəbilə "super qida" olaraq adlandırılır. Nar və nar suyu dərinin daha sağlam görünməsini təmin edir. Pomidor və pomidor suyu dəri sağlamlığı üçün çox əhəmiyyət daşıyır, çünki çox güclü bir antioksidan olan likopenin ilk qaynağı olaraq bilinir. Xüsusilə quru dəri üzərində olduqca təsirli olduğu göstərilir. Balıq və balıq yağı kimi qoz da Omega-3ün ən güclü qaynaqlarından biri olduğundan gün içində mütləq yeyilməsi təklif edilir. Ən yaxşı zülal qaynağı olan yumurta gözəllik üçün çox əhəmiyyətli olan biotin və B12 vitaminlərini ehtiva edir. Dəri sağlamlığı üçün çox əhəmiyyətli olan sinklə daha zəngin qida olaraq göstərilir".
#20.04.2010 11:46 0 0 0