Moskvada qadın oğurlayan azərbaycanlı tutulub

Son güncelleme: 21.04.2010 13:24
  • noimage

    Gənc qadını döyərək zorlayan cinayətkarlar 65 min rubl pul tələb edirmişlər

    Moskva milisi aprelin 20-də gənc qadını oğurlayan və onu zorlayan iki kişini tutub. Lent.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, onların Azərbaycan və Tacikistan vətəndaşı olduğu bildirilir.

    Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Azərbaycan və Tacikistan vətəndaşları gənc qadını aprelin 14-də oğurlayıblar: "Onlar qadını həmin vaxtadn aprelin 20-nə kimi Volqoqrad prospektindəki evdə saxlayıblar".

    Mənbə qeyd edib ki, tutulanlar qadını mütəmadi olaraq döyüblər, ona qarşı seksual xarakterli hərəkət ediblər. Cinayətkarlar azad edilməsi üçün ondan 65 min rubl tələb edirlərmiş.

    Tutulanlar barəsində Rusiya Cinayət Məcəlləsinin 127-ci maddəsinin 2-ci hissəsi (qanunsuz azadlıqdan məhrum etmə), 132-ci maddəsinin 1-ci hissəsi (seksual xarakterli zorakı hərəkətlər) və 163-cü maddənin 2-ci hissəsi (hədə-qorxu ilə pul tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Bu maddələrdən ən ağırı 7 ilə qədər həbs cəzası nəzərdə tutur.

    Qaynaq:LET.AZ
#21.04.2010 13:24 0 0 0