Ermənilər Ağ Evin qarşısında qondarma "soyqırım"la bağlı keçirdikləri piketdə rüşvət veriblər. Lent.az Türkiyənin "Haber7" saytına istinadən məlumat verir ki, erməni piketçilər "İsanı istəyirik" deyə şüar səsləndirən başqa bir aksiyaçıya 10 dollar pul veriblər ki, onların aksiyasına kölgə salmasın.
Ermənilər qondarma "erməni soyqırımı"nın ildönümü kimi qəbul edilən 24 aprel ərəfəsində Vaşinqtondakı Ağ Evin qarşısında aksiya keçiriblər. ABŞ prezidenti Barak Obamadan "soyqırım"ı tanıyacağı ilə bağlı verdiyi sözünün üstündə durmasını istəyən ermənilər iki saat ərzində Türkiyəyə qarşı şüarlar səsləndiriblər.
Atatürkü Hitlerə oxşadan ermənilər Türkiyə bayrağı ilə faşist bayrağını bir tutublar. "Mustafa Kamal soyqırımın atasıdır" yazılan iri plakatı daşıyan ermənilər Türkiyənin ABŞ-ı susdurduğuna işarə edərək ağızlarına qırmızı bant bağlayıblar.
Ermənilərin meqafonla Türkiyə əleyhinə şüarlar səsləndirdiyi bir vaxtda Ağ Evin qarşısına gələn evsiz biri "İsanı istəyirik" deyə qışqırmağa başlayıb. Bomjun səsinin erməni aksiyaçılardan çox çıxdığını görən ABŞ-dakı ən böyük erməni təşkilatı ANCA-nın lideri Aram Hamparyan evsizə yaxınlaşaraq 10 dollar verib və susmasını istəyib. Daha sonra bomj "Bu cənab mənə 10 dollar verdi ki, susum. Mən dolların sözünə qulaq asıram" deyib.
Digər tərəfdə isə ABŞ-dakı Türkiyə səfirliyi qarşısında türklər plakatlarla növbə tutublar. Ermənilərin səfirliyin qarşısında piket keçirməsini əngəlləmək üçün türklər gecədən oranın keşiyini çəkirlər.