Lə iləhə illəllahın Dindəki yeri əhəmiyyəti Və Önəmi

Son güncelleme: 26.04.2010 15:37
  • Lə iləhə illəllahın Dindəki yeri əhəmiyyəti Və Önəmi-Qadın və din




    noimage



    Müsəlmanlar hər gün azanlarında, iqamələrində, xütbələrində və
    danışıqlarında "Ləə iləhə illəllah" kəlməsini dəfələrlə söyləyirlər.
    Şəhadət kəlməsi: yer və göylərin, bütün məxluqatın onun üçün
    yaradıldığı, Allahın c.c nəbi və rəsullarını onunla göndərdiyi,
    kitablarını onun üçün endirdiyi, şəriətini onun üçün qoyduğu bir
    kəlmədir.
    Bu kəlməyə görə məxluqat, mömin və kafir, yaxşı və pis olaraq iki
    sinfə ayrılırlar. Bu kəlmə: yaradılışın məqsədi, əmr və qadağaların,
    savab və cəzanın qaynağı, məxluqatın onun üçün var edildiyi, sorğusualın
    və mühakimənin onun haqqında olduğu kəlmədir. Savab və
    cəza onun üzərində qurulur. Qiblə onun üzərində təməlləndirilmişdir.
    Din, o kəlmə üzərinə təsis edilib qurulmuş, cihad qılıncları onun üçün
    sıyrılmışdır. Bu Allahın c.c bütün qulları üzərindəki haqqı olan
    kəlmədir. O İslama giriş kəlməsi, salamatlıq yurdu olan Cənnətin
    açarıdır.
    Bütün əməllərin "Ləə iləhə illəllah" kəlməsi üzərində bina edilməsi
    səbəbiylə, bu kəlmənin İslamdakı yeri və önəminin bilinməsi bütün
    qullar üzərinə fərzdir.
    Öncəki ümmətlər və gələcək millətlər, o kəlmədən hesaba
    cəkiləcəklər. Allahın c.c hüzurunda iki məsələ haqda soruşulmadıqca
    qulun ayağı yerindən oynamayacaqdır:
    1. Nəyə ibadət edirdiniz?
    2. Nəbi və Rəsulların dəvətinə nə cavab verdiniz?
    Birinci sualın cavabı: "Bilərək və şüurlu olaraq özündən başqa
    ibadətə layiq ilah olmayan Allaha ibadət edirdik."
    İkincinin cavabı: "Muhəmmədin sas Allahın elçisi olduğunu qəbul
    edib, ona təslim olduq və itaət etdik" olmalıdır. 13
    İbrahimin as tutmuş olduğu sağlam qulp "Ləə iləhə illəllah" kəlməsi,
    İslam və küfr sərhədidir.
    Allah c.c belə buyurur:
    "İbrahim bu sözü özündən sonra gələcək olanlara davamlı
    qalacaq bir miras olaraq buraxdı ki bəlkə insanlar düz yola
    qayıtsınlar." 14
    Allah c.c, elm əhli və mələklər bu kəlməyə şahidlik etmişlər.
    Allah c.c belə buyurur: "Allah, mələklər və ədalətli elm sahibləri,
    Allahdan başqa ibadətə layiq ilah olmadığına şahidlik etmişlər.
    Ondan başqa ibadətə layiq ilah yoxdur. O Əzizdir, Hakimdir." 15
    Bu kəlmə, bütün məxluqatın onun üçün yaradıldığı təqvadır, ixlasdır,
    haqqa şəhadət və şirkdən uzaqlaşmaqdır.
    Allah c.c belə buyurur:
    "Mən cinləri və insanları, yalnız mənə ibadət etsinlər deyə
    yaratdım." 16
    Allah c.c Rəsullarını bu kəlmə ilə göndərmiş, kitablarını onun üçün
    endirmişdir. Allah c.c belə buyurur:
    "Səndən əvvəl elə bir rəsul göndərmədik ki, ona: "Məndən başqa
    ibadətə layiq ilah yoxdur. Yalnız mənə ibadət edin" deyə vəhy
    etməyək." 17
    "Allah mələkləri qullarından dilədiyi kimsəyə özündən bir
    vəhylə göndərib belə buyurar: "Məndən başqa ibadətə layiq ilah
    yoxdur. Məndən qorxun!" 18
    İbni Uyeynə 19 rh demişdir:
    "Allah c.c "Ləə iləhə illəllah"ı haqqıyla bilən qullarını böyük
    nemətlərlə nemətləndirmişdir. Dünya əhli üçün sərin su nədirsə,
    Cənnət əhli üçün də "Ləə iləhə illəllah" odur." 20
    Kim "Ləə iləhə illəllahı" deyərsə, malı və qanı qorunmuşdur. Kim də
    inkar edib yalanlayarsa, malı və qanı halal olar.
    Rəsulullah sas belə buyurur:
    "Hər kim "Allahdan başqa ibadətə layiq ilah yoxdur" deyər və
    Allahdan başqa ibadət edilən şeyləri rədd edərsə malı və canı
    haram olar. Hesabı da Allaha aiddir." 21
    İnsanlar İslama ilk öncə dəvət edilərək, onlardan bu kəlməni
    söyləmələri istənilir. Nəbi sas Muaz bin Cəbəli ra Yəmənə
    göndərərkən ona belə dedi:
    "Sən kitab əhli olan bir qövmə gedirsən, onları ilk olaraq Allahdan
    başqa heç bir ilah olmadığına dəvət et..." 22


    Eləcə də baxa bilərsiniz:


    Adətlər və qadın
#26.04.2010 15:37 0 0 0