Bütün ermənilərin katolikosu Bakıda danışdı

Son güncelleme: 26.04.2010 16:08
  • noimage


    II Qaregin: "Dağlıq Qarabağ problemi dinc yolla həll olunmalıdır"

    Bütün ermənilərin katolikosu II Qaregin Bakıda keçirilən Dünya Dini Liderlərinin Ümumdünya Sammitində çıxış edib.


    APA-nın xəbərinə görə, Qaregin bu tədbirin əhəmiyyətinin böyük olduğunu deyib: "Dinlərarası dialoq mühüm əhəmiyyətə malikdir. Dünyada regional, milli, etnik münaqişələr mövcuddur. Dinlərarası dialoq bu münaqişələrin həllinə kömək edə bilər".


    Xalqları sülhə inandırmağın vacibliyini qeyd edən II Qaregin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar getdiyini bildirib: "Problem dinc yolla həll olunmalıdır. Dini liderlərin əsas vəzifələri prezidentlərə dəstək verərək danışıqların davam etdirilməsi və münaqişənin həllinə nail olmaqdır".


    Moskva və bütün Rusiyanın patriarxı Kirillin sülh danışıqlarına dəstəyini yüksək qiymətləndirdiklərini bildirən II Qaregin bu mövzuda növbəti tədbirin İrəvanda keçirilməsi təklifini irəli sürüb və Şeyxülislam Allahşükür Paşazadəni ora dəvət edib.


    II Qaregin bildirib ki, bölgədəki bütün bağlı sərhədlərin açılacağı gün uzaqda deyil: "Necə ki, indi şərait yaratdılar biz Bakıya gəldik".

    LENT.AZ
#26.04.2010 16:08 0 0 0