Şuşa şəhəri. Gözəl bir yaz günü, İsa bulağı, təbiətin gözəlliyi ətrafı işiqlandırır, göy səma, yaşıl otlar, axar bulaqların şır-şır səsi, tumurcuqlanmış ağacların üzərində oturmuş quşların cəh-cəhi, yaşıl don geyinmiş meşələrdə otlayan sürülər, tarlalarda əkin-biçin edən insanlar üçün bu gözəllik Allah tərəfindən möcüzədir.
Yavər: Qəmər, səhər qapını kim döyürdü? Qəmər: Əhməd gəlmişdi, Xəzərdən məktub var. Gözün aydın ay kişi, oğlun gəlir. Məktubda yazır ki, əziz valideynlərim artıq diplom işim hazırdır, təxminən bir aya diplomu alacam sonra, doğma torpağıma - Şuşaya gələcam.
Yavər: Ax, Qəmər axır ki, yadımdadır, həmişə arzu edərdik oğlumuz olsun, vəkil olsun. Nə edək ki, oğlumuz....
Qəmər: Elə danışma, valideynlər odur ki, uşağı böyütsün, gecələr yatmayıb beşiyinin üstə lay-lay oxusun, uşağının birinci addımını görsün, birinci dəfə əlindən tutub mədrəsəyə aparsın. (süküt)
Yavər: Düzdür, amma həmişə istəmişəm öz övladım olsun. Xəzərin damarlarından mənim qanim axmasa da, mən öz arzuma çatmışam. (dərin süküt)
Qəmər: Gəl mətməxə gedək, nahar vaxtıdır. (Yavər və Qəmər mətbəxə daxil olur. Mətbəxdə Sona süfrəni hazırlayırdı.)
Qəmər: Sona, artıq yeməyi çək, özün üçün də bir qab qoy.(Sona və Nazim Şuşanı kasıb sakinləri. Yavər Qəmərlə Şuşaya təzə gələndə Qəmər və Sona rəfiqə oldular. Yavər və Qəmərin övladı olmadığı üçün Sona yenicə doğulmuş Xəzəri onlara vermişdir. Hətta o gün bu gün Sona bu ailədə xidmətçi işləyir).
Sona: Yox, xanım, Sizinlə bir stolda çörək yemək, yox belə olmaz. Qəmər: Sən nə danışırsan. Axı, Sən bu evdə xidmətçi deyilsən. Sən, Xəzərimin ikinci anasısan. Əgər sən olmasaydın bizim ailə olmazdı. Xəzəri sen bizə bəxş etdin. Sənə ömrümüz boyu borcluyuq. Allah balan Diananı xoşbəxt etsin. (dərin süküt)
Sona: Eşitdim, Xəzər məktub göndərib. Nə yazır?
Qəmər: Yazır, Əziz valideynlərim diplom işim hazırdır. Bir aya doğma Şuşaya gələcəm.
Sona: Nə yaxşı. Diana da bir aya gəlir, O da məktub göndərmişdi, Yazır, ana imtahanlarımı verib, gəlirəm. Bir də yazır ki, Qəmər xala və Yavər dayıya salam söylə. Deyirəm, nə yaxşı oldu. Diana və Xəzər 14 ildir ki bir-birlərini görmürlər. Yəqin görüşsələr bir-birini tanımazlar. (ani süküt)
Yavər: Nazim necədir? İşi xoşuna gəlir?
Sona: Allaha şükür hər şey yaxşıdır. Çox sağolun.(Şuşada hər şey öz qaydası ilə gedir).