Bu gün saat 12:33 radələrində Bakının Şamil Əzizbəyov küçəsində, "Kapelhaus" Alman-Azərbaycan Mədəniyyət Mərkəzi yaxınlığında ikimərtəbəli bina uçub.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəza partlayış nəticəsində baş verməyib və binada yanğın qeydə alınmayıb.
FHN-də bildirildiyinə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Nəsimi rayon Polis İdarəsinədən də hadisə nəticəsində ölən və yaralananın olmaması faktını ANS PRESS-ə təsdiqləyiblər.
Hadisə şahidlərin ANS PRESS-ə verdikləri məlumata görə, binanın uçması nəticəsində ətrafdakı maşınlara ciddi ziyan dəyib.
Hazırda FHN əməkdaşları və Nəsimi rayon Polis İdarəsinin əməliyyat qrupu hadisə yerindədir. Hadisənin hansı səbəblərdən baş verdiyi müəyyən edilip
Qaynaq:LENT.az