Tarixde Bugün - 4 May

Son güncelleme: 04.05.2010 00:27
  • 4 may. İlin sonuna 241 gün qalır.

    1807. Fransa ilə Qacarlar arasında "Finkenşteyn" sazişi imzalanıb. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi. Ancaq Napoleon bunu etməyib

    1814. Napoleonun Elba adasında sürgün həyatı başlayıb

    1904. Panama kanalının yarımçıq qalan tikintisi yenidən başlanıb

    1910. Kanadada hərbi dəniz donanması təşkil edilib

    1920. 11-ci Qızıl Ordu hissələri Astaraya daxil olub

    1922. II Ümumazərbaycan sovetlər qurultayında ərzaq vergisi haqqında dekret qəbul edilib

    1928. Misir prezidenti Hüsnü Mübarək anadan olub

    1960. SSRİ Nazirlər Soveti yeni pulların dövriyyəyə buraxılması barədə fərman verib. Yeni pullar (sovet rublu) 1 yanvar 1961-dən tədavülə buraxılıb

    1966. İtaliyanın Torino şəhərində SSRi və İtaliya arasında avtomobil zavodu tikmək barədə saziş imzalanıb

    1990. Latviya SSR Ali Soveti ölkənin SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib

    1993. Qırğızıstanda konstitusiya qəbul edilib

    1994. Avropa Parlamenti Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-dən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib

    1994. Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub

    Günün aforizmi

    "Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər".

    Mücirəddin Beyləqani
#04.05.2010 00:27 0 0 0