Bakıda dəhşətli intihar

Son güncelleme: 06.05.2010 22:05
  • noimage


    Özünü 16 mərtəbəli binanın damından atan oğlan parça-parça olub

    Bu gün Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsindən bildirilib.

    Hadisə saat 17.30 radələrində, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 25 ünvanında qeydə alınıb. Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsi, 1990-cı il təvəllüdlü Çingiz Elçin oğlu Zərbəliyev adıçəkilən ünvanda yerləşən 16 mərtəbəli binanın damından özünü atıb. Nəticədə Ç. Zərbəliyevin bədəni bir neçə yerə parçalanıb.

    Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə Nəsimi rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Əldə olunan ilkin məlumatlara görə, Ç. Zərbəliyev sevdiyi qızdan rədd cavabı aldığı üçün özünü öldürüb.

    Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

    Qaynaq:LENT.AZ
#06.05.2010 22:05 0 0 0