Keçmiş polis intihar etdi

Son güncelleme: 16.05.2010 15:03
  • noimage

    Ağdam rayonunda intihar hadisəsi qeydə alınıb.

    APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdamın işğal altında olan Maqsudlu ərazi nümayəndəliyinin Çullu kəndindən olan, 1968-ci il təvəllüdlü Abdullayev Ramiz Alı oğlu bu gün səhərə yaxın özünü yaşadığı evdə asaraq intihar edib. Bu barədə Ağdam RPŞ-nin növbətçi hissəsinə səhər saatlarında məlumat daxil olub.

    Mərhumun qohumları APA-nın Qarabağ bürosuna bildiriblər ki, Ramiz Abdullayev bu ilin fevral ayında daha üç polis əməkdaşı ilə birgə xidmət intizamsızlığı ilə bağlı işdən uzaqlaşdırılıb.

    R. Abdullayevin intihar etməsinin səbəbləri hələlik bəlli deyil.

    Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
    LENT.AZ
#16.05.2010 15:03 0 0 0