Tarixde Bugün- 17 May

Son güncelleme: 17.05.2010 00:55
  • İlin sonuna 228 gün qalır.


    1497. Vasko da Qamma Hindistanın sahilinə çatıb

    1590. Anna Datskaya Şotlandiya kraliçası olub

    1604. Rusiya və Polşa arasında "Əbədi sülh" müqaviləsi bağlanıb

    1642. Pol Şomedey dö Mezonöv (Paul Chomedey de Maisonneuve) Monreal şəhərinin (o zaman Vil-Mari (Ville-Marie)) əsasını qoyub

    1727. Rus çariçası I Yekaterina vəfat edib (doğum 1684)

    1727. I Pyotrun azyaşlı nəvəsi II Pyotr Rusiya taxt-tacına sahib olub

    1756. Böyük Btitaniya rəsmi olaraq Fransaya müharibə elan edib

    1787. Güclü külək nəticəsində Afrikadan Kubaya qul daşıyan ingilis gəmisinin çevrilməsi nəticəsində 300 nəfərə qədər adam həlak olub

    1799. Akra əyalətini işğal etmək üçün etdiyi uğursuz cəhddən sonra Napoleon Fələstindən Misirə geri dönüb

    1814. Norveçdə ilk konstitusiya qəbul olunub

    1846. Adolf Saks saksafonu patentləşdirib

    1848. Avstriya İmperatoru I Ferdinand inqilabda gizlənmək üçün Vyanadan İnsburqa qaçıb

    1861. Dünyada ilk turizm bürosu olan Tomasa Kuka dünyada ilk turistik qrupu gəzintiyə - Londondan Parisə yola salıb

    1870. Yazıçı Əbdürrəhim bəy Haqverdiyev anadan olub

    1874. Norveç İsveçdən ayrılaraq öz müstəqilliyini elan edib

    1877. Bostonda ofislərin birində dünyada ilk dəfə olaraq telefon paylayıcı qutusu quraşdırılıb

    1886. Şotland futbol klubu "Motherwell Futbol Klubu"nun əsası qoyulub

    1900. İmam Xomeyni anadan olub (v.e 4 iyun,1989)

    1916. İngiltərədə ilk dəfə olaraq yay vaxtına keçilib

    1918. Rusiyada vətəndaş müharibəsi başlayıb

    1921. Azərbaycan İnqilab Komitəsi ərzaq inhisarının ləğvi haqqında dekret verib

    1928. Niderlandın Amsterdam şəhərində IX Olimpiya Oyunlarına start verilib

    1929. Kanadalı pilot K. Koldvel ilk dəfə paraşütdən xilasetmə işlərində istifadə edib

    1929. ABŞ Konqresi Porto-Rikonun adını dəyişərək Puerto-Riko qoyub

    1933. Almaniyada tətillər qadağan olunub

    1934. Faşist Almaniyasında yəhudilər tibbi sığortadan məhrum olunub

    1939. İsveç, Norveç və Finlandiya Almaniya ilə sülh müqaviləsi imzalamaq təklifini rədd edib, lakin Danimarka, Estoniya və Latviya bu təklifi qəbul edib

    1940. II Dünya Müharibəsində Almaniya orduları Belçikanı işğal edərək Brüsselə daxil olub

    1954. ABŞ-da qara dərili uşaqların ağ dərili uşaqlarla eyni məktəbə getmələrini qadağan edən qanun ləğv edilib

    1959. Kubada torpaqların kəndlilərə paylanması elan edilib

    1978. İsveçrə polisi 11 həftə əvvəl məzarından oğurlanmış Çarli Çaplinin meyitini Lozanda aşkar edib

    1983. İsrail, Livan və ABŞ arasında 17 May Andlaşması imzalanıb

    1990. Dünya Səhiyyə təşkilatı homoseksuallığı əqli xəstəliklər siyahısından çıxararaq bir əsrdən çox mövcud olan tibbi homofobiyaya son qoyub

    1995. Jak Şirak Fransa Respublikasının prezidenti olub

    2004. Massaçusets ştatında (ABŞ) eyni cinsli şəxslər arasında evlilik qanuniləşib

    2006. İlk dəfə bu tarix İnformasiya Cəmiyyəti günü kimi qeyd olunub...

    Günün aforizmi:

    "Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik".
    Ömər Xəyyam
#17.05.2010 00:55 0 0 0