1992 ci il 17 may … Yox tarixi yazmayacam . Səbəb 1. Düşündüm ki , artıq 18 ildə tarixini öyrənməyəcək insan qalmayacaq , çox güman ki , hamı bu tarıxı bilir . Görəsən hələ də bu tarixi bilməyən qalıb ? Ümid edirəm tarixinə biganə qalmayan Azərbaycan vətəndaşı yoxdur.
Səbəb 2 . Hər il eyni ildönümünü - işğal tarixini qeyd etmək həqiqətən mənə ağır gəlir . Hər il Laçın necə ermənilərin əlinə keçdi sözləri məni mə’nən əzir .Hər il təkcə Mayın 17 ni yox , illərin butun günlərini , aylarını Şuşasız , Laçınsız , Xankəndisiz , Kəlbəcərsiz ,Agdərəsiz , Zəngilansız , Ağdamsız , Qubadlısız , Füzulisiz , Cəbrayılsız yaşayırıq . Bəs nə üçün bu tarixləri qeyd etməkdən - Qarabağsız yaşamaqdan bezmirik ?! Yoxsa , bezmişik çarəmiz yoxdur … Bilmirəm nə yazım . Amma yazacağım bir şey var - Qarabag torpaqları yaşamasa da adı hələ də yaşayır . Restoronların , kafelərin , küçələrin adında . Qarabağ hələ də yaşayır- şəkillərdə , rəsmlərdə , video kasetlərdə , televiziya filmlərində .Bir də Qarabağ köçkününün Bakıdakı evinin ən hündür yerdən asdığı şəkillərdə , hərdən həmin rəsmə baxıb kövrələn məcburi köçkünün qəlbində rəsmlərə baxıb ağlayan didərginin göz yaşlarında .
Amma kaş Qarabağ elə Qarabağ torpağında - Azərbaycanlıların yaşadığı , yayda istirahət etdiyi çəmənliklərdə , sanatoroyalarda , muğam məktəbində yaşayadı . Ümid …
Məşhur bir turk mahnısının sözləri ilə desək
“Orda bir köy var uzaqda,
Görməsək də , duymasaq da ,
O , köy bizim köyümüzdür. “