Charles Darvinin etirafları - 1

Son güncelleme: 19.05.2010 13:37
  • Charles Darvin, 1859-cu ildə iki kitab qarşıya qoyaraq təkamül nəzəriyyəsini ortaya atdı. "The Origin Of Species By Means Of Natural Selection Or The Preservation Of Favored Races In The Struggle For Life" və "Descent of Man" adlı bu kitabları eyni elmi səviyyə ilə hazırladı və hər iki kitabda da nəzəriyyəsinin zəifliklərini, əsassızlıqlarını etiraf etmiş, belə bir fərziyyənin doğruluğu ilə əlaqədar ciddi şübhələri olduğunu tez-tez təkrarlamışdır. Darvinin öz ağızından ortaya atdığı bu əsassız nəzəriyyəsiylə əlaqədar etirafları:

    "Allahın varlığı haqqında hisslərə deyil də ağılla əlaqəli bir başqa nöqtə də, çox əhəmiyyətli bir mövzu olaraq mənə təsir edir. Bu böyük və xariqüladə kainatı, çox geriyə və çox irəliyə baxa bilmə qabiliyyəti olan insan da daxil olmaq üzrə, kor təsadüf və ya zərurətin əsəri olaraq görmək çox çətindir, hətta qeyri-mümkündür. Belə düşününcə bir yerə qədər insanınkına bənzəyən zehin sahibi bir "İlk Səbəb" axtarmaq məcburiyyətində qalıram; bu baxımdan ateist sayıla biləcək bir insanam. Xatırladığıma görə, Növlərin Mənşəyini yazdığım zaman bu inanc məndə çox qüvvətli idi. O tarixdən bəri yavaş-yavaş, tədricən zəiflədi. Amma o zaman da bu şübhə ortaya çıxır: Mənim inandığıma görə ən aşağı heyvanlarınkı qədər sadə bir zehindən çıxmış olan bir ağıla, belə böyük bir nəticə çıxardığı zaman etibar etmək olarmı?" (20)

    ... Əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim Kambri təbəqəsinin meydana gəlməsindən əvvəl, çox uzun zaman dilimləri keçmiş olmalıdır; Kembri dövründən bu günə qədər keçmiş olan zaman qədər uzun zaman dilimləri... Və hələ bilinməyən bu zaman dilimləri içində dünya canlı varlıqlarla dolub daşmış olmalıdır. Bu böyük zaman dilimlərinə aid qalıqları tapa bilmədiyimiz sualı qarşısında isə verə biləcək təmin edici bir cavabım yoxdur. (144)

    Amma bu nəzəriyyəyə görə saysız keçid formalar olması lazım olduğuna görə, onlara yer qabığına basdırılmış olaraq niyə çox sayda rast gəlmirik? (155)

    Oxucu əsərimin (Növlərin Mənşəyi) bu hissəsinə çatmadan əvvəl bir yığın çətinliklə qarşılaşmış olacaq. Bunların bəziləri bu günə qədər üzərlərində müəyyən bir ölçüdə dayanmadan düşünə bilmədiyim qədər çətindir. (6)

    Bu işləri (Növlərin Mənşəyi üçün istifadə etdiyi işləri) edərkən xərclədiyim zamana dəyib-dəymədiyindən şübhə edirəm. (8)

    Fikirlərimin, saysız-hesabsız çətinliklərlə dolu olduğunu görə bilməyəcək qədər kor olduğumu düşünmə. (9)

    Təbiətin hamısı həqiqətən inadçıdır və mənim istədiklərimi etmir və bu an yalnız köhnə işlərimdən başqa yeni heç bir şey üzərində işləmək istəmirəm. (12)
#19.05.2010 13:37 0 0 0