Fikirlərimə tərs düşən bəzi böyük çətinlikləri ortadan qaldırdığımı düşünürəm, lakin bunların hamısı bir "gözəgörünmə" ola bilər. (15)
Tamamilə səhv bir inancın içində olduğumu düşünməyə başladım. Mənə bu mövzunun on il içində tamamilə unudulacağı söyləndiyində haqlı idilər. (16)
Məndən kitabımı soruşursan, sənə söyləyə biləcəyim tək şey intihar etməyə hazır olduğumdur; kitabın çox məqbul bir şəkildə qələmə alındığını düşünürdüm, lakin indi təkrar yazılması lazım olduğunu anladım. (17)
"Növlərin Mənşəyi"nin çap olunmasının ardından o qədər çox şey nəşr olundu ki, bu məlumatları qiymətləndirib bir bütün halına çevirmə gücünə və ağıl qabiliyyətinə sahib olduğumdan şübhə edirəm. (18)
Müxtəlif mövzularla maraqlanan bir çox insanın illərdir bir illuziya içində olduğunu düşünərək olduqca sevinirəm. Tez-tez üzərimə soyuq bir ürpərti gəlir və öz özümə bütün həyatımı bir fantaziyaya həsr edib, həsr etmədiyimi soruşuram. (19)
"Belə kompleks məsələlərə ən kiçik bir işıq da tutduğumu iddia edə bilmərəm. Hər şeyin başlanğıcındakı sirr bizim üçün həll edilə bilməz bir halda dayanır; şəxsən mən bir aqnostik (bilinməz) olaraq qalmaqdan məmnunam." (21)
Bəzi hissələrinə heyranlıq duydum. Bəzi hissələrinə isə o ki var güldüm. Oxuduğum digər hissələr mənə böyük bir hüzn verdi. Çünki bunların tamamilə səhv və zərər verici olduqlarını düşünürəm. Çıxardığım nəticələrin böyük bir hissəsi, bəzi təxminlərə söykənir. Təbii seleksiyasını, seçici bir orqan tərəfindən şüurlu olaraq edilmiş bir şey kimi yazmışam. (23)
Hər hansı bir sürünənin məməliyə çevrilməsini beynimdə canlandıra bilmirəm. (236)
Məndən 'insan' mövzusuna toxunub-toxunmayacağımı soruşursan. Düşünürəm bu mövzudan tamamilə uzaq dayanacağam. Mənim iyirmi ildir üzərində çalışdığım bu əsər isə heç bir şeyi təhlil etməyi və ya cavablandırmağı bacara bilməyəcək. (250)
İnsanın təkamülü mövzusunda ağlasığmaz dərəcədə uğursuzluq yaşadım. (251)
Bunlar ola biləcək, ancaq açığı doğrunu bilmirik. O zaman bütün bunlar boşuna bir zehin gimnastikasıdırmı deyə etiraz edə bilərsiniz. Bir ana qədər elədir. (252)
Çox sayda, bir-birini izləyən və kiçik dəyişikliklərlə meydana gələ bilməyəcək mürəkkəb bir orqanın varlığı göstərilə bilsəydi, nəzəriyyəm tamamilə çökərdi. (309)