Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün saat 17.00 radələrində “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında baş verib. “Audi” markalı minik maşınının körpüdən aşması nəticəsində ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.
Hazırda polis hadisə yerində araşdıra aparır.
LENT.AZ