Gözəl baxışlara sahib olmaq istəyirsinsə

Son güncelleme: 22.05.2010 12:01
  • noimage


    Uzun müddət kompüter ekranına baxmaq, gecələr yuxusuz qalmaq, yaxşı qidalanmamaq nəticəsində göz ətrafında qara kölgələr yarana və gözləriniz şişə bilər.

    Lent.az-ın "internethaber.com" saytına istinadən bildirdiyinə görə, gözaltı qaralardan qurtulmaq istəyirsinizsə, kartof, ya da kivinin möcüzəvi gücündən faydalana bilərsiniz.

    1 ədəd çiy kartof ya da kivini rəndələyin. Təmiz bir tənzifə bükün. Hazırladığınız tamponu gözlərinizin üstünə qoyun. 15 dəqiqə gözlədikdən sonra ilıq suyla yuyun. Bu proseduru hər gün təkrarlaya bilərsiniz.

    Gözlərinizdəki şişliyi aradan qaldırmaq üçün bol su için. Gündəlik duz istehlakı miqdarını azaldın. Duz bədəndəki suyu tutaraq həm göz, həm də bədəndə şiş əmələ gəlməsinə səbəb ola bilir.

    Rahatladıcı təsirə malik çobanyastığı, yaşıl çay kimi bitki çaylarını gecə yatmadan əvvəl içsəniz, həm rahat yatarsınız, həm də səhər oyandığınızda gözlərinizdəki şişliyin aradan qalxmış olduğunu görərsiniz.

    Bundan başqa, metal çay qaşığını 1-2 dəqiqə soyuducunu buzxanasında saxlayın. Soyuyan çay qaşığını gözlərinizə və ətrafına sürtün. Bu vasitə ilə də gözlərinizdəki şişkinliyi aradan qaldırmış olacaqsınız.


    Tərkibində kafein olan tünd bir qəhvə hazırlayın. Təmiz bir bez parçasını qəhvəyə batırıb gözlərinizin üzərinə qoyub 10 dəqiqə gözləyin. Kafein artıq suyun atılaraq, şişkinliyin aradan qaldırılmasına yardımçı olar.
#21.05.2010 21:13 0 0 0
  • emeğine sağlamlıq təşəkkür:D

    yaşıl çay kimi bitki çaylarını gecə yatmadan əvvəl içsəniz

#22.05.2010 11:13 0 0 0
  • Yorum icin teshekkür ediremm....
    Yaxsi tövsiyelerdi (:
#22.05.2010 11:21 0 0 0
  • Ablacım banada azerbaycan ca öğrentirmisan...
#22.05.2010 11:56 0 0 0
  • Tabi ögretirim :)
#22.05.2010 12:01 0 0 0