Ketrin Eşton: “Bu cür “seçkilərin” keçirilməsi münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərər vurmamalıdır”
“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır, bu “seçkiləri” hüquqi və konstitusion hesab etmir”. APA-nın məlumatına görə, bu bəyanatla Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Ketrin Eşton çıxış edib. APA-nın məlumatına görə, o bildirib ki, “bu cür “seçkilərin” keçirilməsi münaqişənin sülh yolu ilə nizamlanması prosesinə zərər vurmamalıdır”. Ketrin Eşton bəyanatında ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanmasına yönəlik səylərini dəstəklədiklərini bir daha bəyan edib: “Biz tərəfləri münaqişənin nizamlanmasına yönəlik səyləri ikiqat artırmağa çalışır və Avropa İttifaqının bu prosesə dəstək verməyə hazır olduğunu bir daha bəyan edirik”.
LENT.AZ