Tarixde Bugün - 25 May

Son güncelleme: 25.05.2010 01:10
  • 25 may. İlin sonuna 220 gün qalır.

    1571. İspaniya kralı Benedikt və Papa Osmanlı dövləti əleyhinə ittifaq yaradıb

    1889. Rus (sonradan amerikan) aviakonstruktoru İqor Sikorski anadan olub

    1918. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası. Fətəli xan Xoyskinin keçirdiyi axşam iclasında bu qərar qəbul edilib: "Gürcüstan müstəqilliyini elan etdiyi halda, biz də tərəfimizdən Azərbaycanın müstəqilliyini elan etməliyik".

    1920. Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan başlayıb. Üsyanı yalnız 1 həftə sonra yatırmaq mümkün olub

    1934. Futbol hakimi Eldar Əzimzadə anadan olub

    1954. Türkiyə Osmanlıdan qalan borcların ödənilməsini başa çatdırıb

    1955. Aktyor Ramiz Novruzov anadan olub

    1963. 30 Afrika ölkəsi Afrika Birliyi Təşkilatını (ABT) qurub

    1983. Türk şair Nəcib Fazil Qısakürək vəfat edib

    1988. İraq Bəsrəni İrandan geri alıb

    1991. Kuba qoşunları 16 il sonra Anqolanı tərk edib

    1994. 20 illik mühacirətdən sonra rus yazıçısı Aleksandr Soljenitsın vətənə qayıdıb

    1997. General Rəşid Dostum Türkiyəyə sığınıb

    2005. Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxarmaq məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə ilkin neft vurulub

    2009. Şimali Koreya yeraltı nüvə sınağı keçirib

    2009. Görkəmli fizik Fuad Qasımov vəfat edib

    2009. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib

    Günün aforizmi

    "Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin".

    Bəhmənyar
#25.05.2010 01:10 0 0 0