Gürkan Uygun bu mikroavtobusun içərisindən çıxmaq istəmir
"Kurdlar Vadisi" teleserialında Memati xarakterini canlandıran aktyor Gürkan Uyqun Bursa vilayətində özü üçün xüsusi mikroavtobus düzəltdirib.
Lent.az-ın haberturk.com saytına istinadən verdiyi məlumata görə, 80 min türk lirəsinə başa gələn mikroavtobusun içərisində play-station oyun qurğusu, LCD televizoru, DVD-pleyer, musiqi mərkəzi var.
Gürkan Uyqun deyib ki, gününün 15-17 saatı səhnədə keçir: "Bu zaman həm yorulur, həm də sıxılıram. Mikroavtobusda həm dincələcək, həm də play-station oynayacağam".