Özbek Plovu - Ferqane

Son güncelleme: 27.05.2010 08:42
  • noimage


    Tərkibi:
    Qoyun əti - 1kq
    Qəhvə rəngli düyü - 1 kq
    Kök - 1 kq
    Bitki yağı - 300 ml
    Baş soğan - 0,5 kq
    3 baş sarımsaq
    Duz,ədviyyat


    Hazırlanması:


    Qeyd: Fərqanə plovunda qəhvə rəngli düyüdən istifadə edilir.

    Düyü təmizlənir,yuyulur və ilıq suyun içərisinə tökülərək bir kənara qoyulur.

    Fərqanə plovu üçün orijinal reseptlərdə daha çox quyruq yağından isitfadə edilir.
    Sizlərə təqdim etdiyim bu reseptdə isə bitki yağı ilə olan variant göstərilir.Belə variantda plov daha həfif olur.



    Yağ qazana tökülüb ocağa qoyulur və 5-6 dəqiqə isidilir.Yağ yaxşıca dağ olduqdan sonra içərisinə bir baş soğan atılır.


    Bir müddət sonra soğan qaralacaqdır,bundan sonra onu qazandan çıxarıb atın

    Tərkibdə göstərilən 0,5 kq soğan halqa şəklində doğranır

    Həmin yağlı qazanda doğranmış soğan qovrulur

    Soğan qovrulduqdan sonra üzərinə tikələrə ayrılmış qoyun əti əlavə olunur

    Kök çubuq şəklində doğranır


    Ət yaxşıca qovrulduqdan sonra,ədviyyat qatılır və yalnız bundan sonra üzərinə doğranmış kök əlavə edilir
    (ətin qovrulma müddəti orta atəşdə 40-50 dəqiqə)

    Bütün bunlar 2-3 dəqiqə daha qovrulduqdan sonra üzərinə 1 litr su əlavə olunur
    Ardından sarımsaq əlavə edilir
    Bunlar da yenə 40-50 dəqiqə orta atəşdə bişməyə davam edir

    Hazır olmasını sarımsağın və ətin yumşalmasından bilmək olar.
    Düyü sudan süzülür,ocaqda atəş maksimuma çıxarılır,düyü qazana əlavə olunur
    Plovun bişməsi üçün atəş yüksək olmalıdır,bu müddətdə qarışdırmaq məsləhət görülmür.


    Plovun suyu çəkildikdən sonra düyünün bişib-bişməməsini yoxlayın
    Əgər tam bişməmişsə,təkrar aralara qaynanmış su əlavə edə bilərsiniz
    Plov hazır olduqdan sonra ocaq söndürülür.1 ç.q. zirə düyünün üzərinə səpilir və qazanın qapağı örtülür
    Yalnız 30-40 dəqiqə gözlədikdən sonra süfrəyə verilmədən qabaq plov yavaşca qarışdırılır



    Nuş olsun!
#27.05.2010 08:42 0 0 0