Xüsusi təyinatlı qüvvələr bir məscidi terrorçulardan təmizləyiblər
Pakistanın Laxor şəhərində terrorçular tərəfindən tutulan iki məsciddə ölənlərin sayı 56 nəfərə çatıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, polis qurbanların sayının artacağını istisna etmir.
Xüsusi təyinatlı qüvvələr məscidlərdən birini terrorçulardan azad ediblər. Bəzi məlumatlara görə, artıq hər iki məscid azad edilib. Amma bu məlumat rəsmən təsdiqlənməyib. Şahidlər məscid ətrafında hələ də atışmanın davam etdiyini vurğulayırlar.
Xatırladaq ki, Pakistanın Lahor şəhərində cümə məscidi zamanı silahlı şəxslər iki məscidə hücum ediblər. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 2 min dindar girov götürülüb.
İlkin məlumata görə, cinayətkarlar namaz qılan insanlara avtomatlardan atəş açıblar və içəriyə qumbaralar atıblar. Aksiyanın məsuliyyətini “Taliban” hərəkatı öz üzərinə götürüb.
Girov götürülənlər arasında çoxlu sayda yaralı var. Hücuma məruz qalan məscidlərdə Əhmədiyyə cərəyanının üzvləri toplaşırlar.
LENT.AZ