Xərçəng Bürcü Haqqında Hər Şey

Son güncelleme: 08.06.2021 13:01
  • Xerçeng Bürcü

    Qrupunuz : Su

    Uğurlu gününüz : Bazar ertəsi

    Uğurlu ədədiniz : 2

    Uğurlu daşınız : Yaqut, aydaşı

    Uğurlu rəngləriniz : Ağ, gümüş, ağımtıl, boz

    Uğurlu çiçəkləriniz : Su zanbağı, ağ gül, zanbaq

    Uğurlu qoxularınız : Müşk, yasəmən

    Uğurlu musiqi : Eşq mahnıları

    Ən təməl xüsusiyyətiniz : Sədaqət

    Ən böyük səhviniz : Diqqətsizlik

    Ən böyük arzunuz : Cəmiyyətdə yüksəlmə



    Xərçəng romantiklikləri və həssaslıqları ilə tanınarlar. daha çox qadınlara yaraşan bu bürc yuvanı işarələdiyindən xərçənglər yuvalarına düşkün olarlar. Yaxşı günlərində yaxşı ürəkli, şən ,xeyirxah, düşüncəli və anlayışlıdırlar lakin hər hansı diqqətə çarpan bir səbəb olmadan qaraqabaq və küsəyən ola bilərlər. Özləri ilə danışanlara ya tərs cavab verər ya da heç cavab verməzlər.Bəzən həqiqi sirdaş olub dərdlərinizi dinləməyə hazır ola bilərlər bu da yalnız o zaman ola bilər ki, onların heç bir problemi olmasın. Yaxınlarını və yoldaşlarını çox sevmələrinə baxmayaraq bunu çox bildirməzlər. Zaman zaman hər kəsin onun dalınca danışdığını zənn edərlər. Bu hadisə gerçək isə də çox çətin bağışlayarlar, özlərinə ediləni unutmazlar. Kiçik bir mövzuda incisə çox üstündə dayanarlar və hadisəni böyüdərlər. Düşüncəsizcə söylədikləri sərt sözlərlə yoldaşlarının xətrinə dəyə bilərlər. Amma özlərini tənqid olunmasından heç xoşlanmazlar. Bu sərt görünüşlərinə qarşı çox yumşaq və yaxşı ürəklidirlər Yalnız özlərini qorumaq üçün bu bürcü işarələyən xərçəng kimi qabıqlarına çəkilər, sərt görünüşlü olarlar.

    Xərçəng çox kompleksli insanlardır. Özlərini təhlükədən hiss etdikləri zaman nəhəng kimi güclü, bəzən də uşaq kimi zəif və savunmasız olarlar qaraqabaq, pis xasiyyətli və tündxasiyyət ya da yaxşı ürəkli, və yumşaq.

    Başlarına bir mövzu ilişmişsə melanxolik, içə dönük və hər şeydən uzaq dayanarlar. Bəzən onlar özlərinin qarşısına sipər çəkər ,hər kəsi yaxına buraxmazlar... Bu maneəni aşan və onlarının etibarını qazanan kəslər yumşaq, sevgi dolu bir adam ilə qarşılaşarlar.

    Başladıqları işi yarım buraxdıqları az qala heç görülməmişdir. İşlərinə olduqları qədər sevdiklərinə də bağlı olduqlarından bir dəfə sevdisə davamlı sevərlər. Hirs onları mərhəmətsiz bir düşmən edə bilər amma yenə də tənbəl uşağını sevən analar kimi sevməyə davam edərlər. Xərçəng ancaq sevgi ilə idarə edə bilərlər; onlara zorla bir şey etdirmək istəsəniz tam tərsini edərlər. Halbuki aşiq bir Xərçəng tərəfindən etdirə bilməyəcəyiniz bir şey yox kimidir. Xərçəng bürcünü təyin edən cümlə "HİSS EDƏRƏM" dir. Ev işlərini, xüsusilə yemək bişirməyi sevərlər. Bürclər qurşağının ən yaxşı aşbazlarıdırlardır.

    Dərdlərini çoxu dəfə içlərinə atıb gizləməyi və buna görə acı çəkməyi sevərlər. Buna görə də həzm sistemləri pozula bilər və hətta xora ola bilərlər. Yeri gəlincə xeyr dəmə cəsarətini göstərməyi, xoşgörüşsüzlük, utancaqlıq və həddindən artıq romantikliklərini nəzarət etməyi öyrənməlidirlər.

    Xərçəng musiqiyə meyillidirlər. Bəziləri dini mövzularla çox maraqlanarlar. mistik mövzularla maraqlansa özlərini itirəcəklərinə inandıqlarından maraqlarını aradan qaldırmağa çalışar amma dərininə araşdırmaqdan qorxarlar.

    Xərçəngler bürcü yaxşı bir iş adamı, tibb bacısı, evdar qadın, uşaq bağçası müəllimi, dənizçi, antikvarçı, tarixçi ola bilərlər. Fövqəladə yaddaşlarının kömək ilə ad, tarix və fərdi detalları xatırlamaqdakı müvəffəqiyyətlərini zəkaları və hiyləgərlikləri ilə birləşdirdikləri zaman yaxşı bir iş adamı olarlar. Soylu və dinc bir mühitdə işi sevərlər.

    Xərçəng bürcü analığı da işarələr. Buna görə xərçəng analarına çox bağlı olarlar. uşaqlara göstərdikləri bağlılıq və sevgi üzündən onları narahat edə bilər. Uşaqların böyüdüyünü heç qəbul etməzlər və təsdiqləmədiyi bir şey etdiklərində "Mən gənckən belə bir şey etməzdim; o zaman hər şey başqa idi" deyə söyləməyə başlarlar.

    Xərçəng bürcündə doğan uşaqlar evlərini sevərlər. Onları danlamaq yerinə "Belə etməyin məni üzür" deməniz kifayətdir. Çox tez təsirlənər və inciyərlər. Rəqs və üzmə mövzusunda müvəffəqiyyətli ola bilərlər.
#01.06.2010 15:02 0 0 0
  • melumat ucun tesekkur
#01.12.2012 12:10 0 0 0