Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyəsi

Son güncelleme: 01.06.2010 15:19
  • 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Bakı Uşaq Teatrında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tamaşası nümayiş olunub.

    Lent.az-ın məlumatına görə, “Əhmədin yuxusu” adlı tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb və bayram hədiyyəsi kimi qiymətləndirilib.

    Nağıl əsasında qurulan tamaşanın rejissoru teatrın aktyoru Mehman Dilqəmoğludur. Rollarda Nəcəf Məmmədov, Könül Şahbazova, Elnur Əliyev, Ruslan Mürsəlov iştirak edir.
#01.06.2010 15:19 0 0 0