İsraili şoka salan xəbər

Son güncelleme: 02.06.2010 15:44
  • noimage




    İkinci “Azadlıq Karvanı” yola düşür!

    Qəzza sektoruna humanitar yük aparan 6 gəmidən ibarət karvana İsrail ordusunun hücum etməsi, 10-dan artıq insanın öldürülməsi və onlarla adamın yaralanmasına baxmayaraq, Avropada fəaliyyət göstərən insan hüquqları təşkilatları ikinci gəmi karvanı hazırlayırlar.

    Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Qəzzanın Blokadasına Son Qoymaq üçün Avropa Kampaniyası”nın rəhbəri, professor Arafat Madi tərəfindən verilən açıqlamada qeyd olunur ki, karvana qoşulacaq 3 gəmi üçün artıq pul toplanıb.

    O bildirib ki, bir çox ölkənin qeyri-hökumət təşkilatları ikinci “Azadlıq Karvanı”nda daha çox humanitar yardım və gəmi ilə iştirak etmək istədiyini bildiriblər. İkinci Azadlıq Karvanı bir neçə həftə ərzində Qəzza yoluna çıxacaq. Arafat Madi ikinci Azadlıq Karvanında Türkiyənin yarı rəsmi şəkildə iştirak edəcəyinə inandığını da dilə gətirib.

    İsrailin məşhur “Jerusalem Post” qəzeti isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəzzaya yardım aparan ikinci gəmi karvanını qorumaq üçün Türkiyə donanmasını göndərəcəyi ilə bağlı türk diplomatlarından xəbər aldığını və bunun qorxu yaratdığını yazıb. Qəzet Rəcəb Tayyib Ərdoğanın Çilidən Türkiyəyə dönərkən dediyi “Yeni qərarımız uğurlu olsun!” sözlərinə də diqqət çəkib.
    LENT.AZ
#02.06.2010 15:44 0 0 0