Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi

Son güncelleme: 07.06.2010 11:29



  • İyunun 10-da Bakıda “Yunus Əmrədən Məhəmməd Füzuliyə İnsan Sevgisi” adlı beynəlxalq simpozium keçiriləcək.

    Simpozium Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu (GYF), Azərbaycanda Atatürk Mərkəzi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) birlikdə hazırladıqları layihə əsasında baş tutacaq.

    Gəncliyə yardım Fondundan Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində Türkiyədən Avrasiya Yazarlar Birliyinin sədri Yakup Deliömeroğlu, Mərmərə Universitetindən Hasan Kamil Yılmaz və Mustafa Uzun, Uludağ Universitetindən Bilal Kemikli, Qazi Universitetindən Mustafa Tatcı Bakıya gələcək. Azərbaycandan xalq şairləri Məmməd Aslan və Zəlimxan Yaqub, Nəsib Göyüşov, Azadə Musayeva, Maarifə Hacıyeva, Qafqaz Universitetinin müəllimi Mehmet Rıhtım, BİU müəllimi Mehman İsmayılov, Səadət Şıxıyeva, Xuraman Hümmətova və digər elm adamları Yunus Əmrədən Məhəmməd Füzuliyə qədər olan yaradıcı insanlar haqqında məlumat verəcək, onların türk ədəbiyyatına təsirləri, türk islam cəmiyyətinin formalaşmasında rolu mövzusunda maraqlı elmi təbliğləri ilə çıxış edəcəklər.

    Təşkilatçılar simpoziuma təqdim olunmuş məruzələrin xarici dillərə tərcüməsini və nəşrini nəzərdə tutur.
#07.06.2010 11:29 0 0 0