Mülki Şexslere vƏ Herbicilere Qarsi TöredilmisTerror Aktlari

Son güncelleme:
  • 1. 15 may 1988-ci ildə Kəlbəcər rayonunun Kapalı kəndində X.İsmayılovun evi partladılmış, 3 nəfər həlak olmuşdur.
    2. 1988-ci ilin yayında Xankəndi Uşaq xəstəxanasında həkim-rentgenoloq işləyən əslən ağdamlı şəxs erməni milliyyətindən olan iş yoldaşları tərəfindən xəstəxananın həyətində döyülərək qətlə yetirilmişdir.
    3. iyul 1988-ci il tarixdə ermənilər tərəfindən Xocavənd rayonunda yaşayan azərbaycanlıların həyətyanı sahəsinə atılmış əl qumbarası nəticəsində iki partlayış hadisəsi baş vermiş və iki nəfər mülki şəxs yaralanmışdır.
    4. 28.06.1989-cu il tarixdə ermənilər tərəfindən Bədərə kəndindən Meşəliyə gedən şosse yoluna qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində maşındakı 6 nəfər mülki azərbaycanlı ağır yaralanmışlar.
    5. 16 oktyabr 1989-cu il tarixdə iki nəfər Kərkicahan qəsəbə sakinləri evə qayıdarkən ermənilər tərəfindən qətlə yetirilmişlər.
    6. 19 oktyabr 1989-cu ildə Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerli sakinlər Q.Bayramov və İ.Qafarov qətlə yetirilmişlər.
    7. 14 noyabr 1989-cu ildə Qubadlı rayonunun Seytas kəndi yaxınlığında kənd sakini Babaşov qətlə yetirilmiş, azyaşlı X.Əliyev yaralanmışdır.
    8. 17 noyabr 1989-cu ildə Hadrut rayonunun Tuğ kəndində 9-cu sinif şagirdi T.Süleymanov qətlə yetirilmişdir.
    9. 24 noyabr 1989-cu il tarixdə üç nəfər Qaradağlı kənd sakini qətlə yetirilmişdir.
    10. 29 noyabr 1989-cu ildə Qubadlı rayonunda Q.Ələsgərov, T.Hümbətəliyev və Mehdiyev qətlə yetirilmişlər.
    11. 9 yanvar 1990-cı il tarixdə Qaradağlı kəndi, N.Nərimanov adına kolxozun sədri S.Bayramov qətlə yetirilmişdir;
    12. 31 yanvar 1990-cı ildə Gədəbəy rayonuda A.Cəmilov, M.Vəliyev, A.Zeynalov, A.Qurbanov, İ.Hüseynov, F.Niftəliyev qətlə yetirilmişlər.
    13. 8 mart 1990-cı il tarixdə iki nəfər Qaradağlı kənd sakini Vərəndəli fermasında qətlə yetirilmişdir.
    14. 4 mart 1990-cı ildə Qazax rayonunun Bağanıs-Ayrım kəndində 7 nəfər dinc sakin diri-diri yandırılmış, 1 nəfər yaralanmış, 13 yaşayış evi partladılmışdır.
    15. 4 mart 1990-cı il tarixdə erməni quldurları Qazax rayonunun Bağanis-Ayrım kəndinə silahlı basqın edərək 7 nəfər azərbaycanlını qətlə yetirmişlər, 2 nəfəri isə ağır yaralamışlar(cinayət işi 11709)
    16. 24 mart 1990-cı il tarixdə Bakı şəhərindən Bağanis-Ayrım kəndinə qonaq getmiş, əslən Qazax rayonu Çaylı kənd sakinləri olan 3 nəfər mülki şəxs ermənilər tərəfindən qətlə yetirilmişlər(cinayət işi11709).
    17. 28 mart 1990-cı ildə Kərməçataq kəndində bir neçə yaşayış evləri yandırılmış, mal-qara aparılmış, Azərbaycan KP VPK-nin dövlət hüquq şöbəsinin sədri V.Zeynalov qətlə yetirilmişdir.
    18. 29 mart 1990-cı il tarixdə ermənilərin Tovuz rayonunun Əlibəyli kəndinə hücumu nəticəsində 3 nəfər yaralanmışdır.
    19. 09 aprel 1990-cı ildə Qubadlı rayonunun Çayzəmi kəndində «UAZ-462» markalı 96-92 AQD dövlət nömrə nişanlı avtomobil partladılmış, nəticədə rayon sakini Ş.Həsənov həlak olmuş, N.Mehdiyev və T.Eyvazov yaralanmışdır.
    20. 26 iyun 1990-cı ildə Gədəbəy rayonunun Göyəli adlanan ərazisində yerli sakinlər Nuriyev, Nağıyev və Orucov qətlə yetirilmişlər.
    21. 08 avqust 1990-cı ildə Laçın rayonunun ərazisində «QAZ-53» markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.
    22. 9 yanvar 1991-ci il Molidyoj Azerbaydjana qazetinin müxbiri S.Əskərova və hərbi qulluqçular - podpolkovnik S.Larionov, mayor İ.İvanov və serjant İ.Qoekin hərəkət etdiyi avtomobil Laçin-Şuşa yolunun 5-ci kilometrində erməni terrorçuları tərəfindən atəşə tutulmuş, sərnişinlərin 4-ü də qətlə yetirilmişdir.
    23. Cinayətkarlar - Mkrtçyan Arno Mixayloviç, Petrosyan Qraçik Armenakoviç, Manqasaryan Arvid Asotoviç, Arustamyan Qaqik Mayoroviç müəyyənləşdirilərək həbs oluynmuş, 1993-ci ildə ölümə məhkum edilmişdir. Terrorçu qrupunun digər üzvləri Mkrtçyan Artaşes Mixayloviç, Zaxaryan Artur Artaşesoviç, Sarkisyan Manvel Şabaqatoviç, Osipyan Yenok Rubenoviç 15 il müddətinə, Qriqoryan Qaraqen Serikoviç 5 il müddətinə həbs cəzasına məhkum olunmuşlar. Göstərilən şəxslərin hamısı 1996-ci il mayın 8-də birtərəfli qaydada Ermənistana verilmişdir.
    24. 9 yanvar 1991-ci - Xankəndi şəhərində Baqmanyan Akop Qavruşoviç və Antonyan Artyuşa Qriqoryeviç tərəfindən Dağlıq Qarabağ muxtar vilayətinin Daxili İşlər İdarəsinin rəisi general mayor V.Kovalyovun həyatına sui-qəsd edilmişdir.
    25. 27 yanvar 1991-ci ildə Xanlar rayonunun Dozular kəndi yaxınlığında «VAZ-2106» markalı S 25-10 AQ və «QAZ-52» markalı 59-07 AQN dövlət nömrəli avtomaşınlar partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
    26. 20 fevral 1991-ci ildə Xanlar rayonunun Dozular kəndi yaxınlığında «UAZ-469» markalı 27-29 AQD dövlət nömrəli avtomaşını partladılmış, nəticədə sovxoz direktoru Q.Musayev və sürücü D.İmanov həlak olmuşlar.
    27. 24 fevral 1991-ci ildə Xankəndi yaxınlığında Şuşadan Ağdam rayonuna gedən «PAZ-3205» markalı dövlət nömrəli avtobus partladılmış, nəticədə 7 nəfər ağır yaralanmışdır.
    28. 7 aprel 1991-ci ildə Qubadlı rayonunun Yuxarı Kibikli kəndində hərbi komendantın müavini Y.Babak və 2 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır yaralanmışdır.
    29. 8 aprel 1991-ci il - SSRİ Din Daxili Qoşunlar Zaqafqaziya və Şimali Qafqaz üzrə İdarəsinin rəis müavini polkovnik V.Blaxotin qətlə yetirilmişdir.
    30. Cinayəti törətmiş S.Baqmanyan , A.Baqmanyan, A.Antonyan, K Akopyan, K Yeqinyan müəyyənləşdirilərək həbs olunmuş, RF Rostov vilayəti məhkəməsinin Kolleqiyası tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər.
    31. 6 aprel 1991-ci ildə Ağdamdan Fizuli rayonuna gedən «Moskviç-412» markalı 93-69 AQV dövlət nömrəli avtomaşını Martuni rayonu ərazisində partladılmış, 2 nəfər həlak olmuş və 2 nəfər ağır yaralanmışdır.
    32. 16 aprel 1991-ci ildə Goranboy rayonunun Zeyvə kəndinin otlaq sahəsində 2 nəfər sovxoz fəhlələri qətlə yetirilmişdir.
    33. 18 aprel 1991-ci ildə Fizuli rayonunun Aşağı Divanalılar kəndində 3 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
    34. 18 aprel 1991-ci ildə Xocavənd rayonunda Q.Sarkisyanın başçılıq etdiyi erməni terrorçuları 3 nəfəri qətlə yetirmişlər.
    35. 20 aprel 1991-ci ildə Goranboy rayonun Gürzəlilər kəndində 1 nəfər milis işçisi qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
    36. 28 aprel 1991-ci ildə Naxçıvan MR Şərur rayonunun Sədərək qəsəbəsində partlayış nəticəsində 14 nəfər ağır yaralanmışdır.
    37. 29 aprel 1991-ci ildə Qazax rayonunda 3 nəfər ağır yaralanmışdır.
    38. 9 may 1991-ci il Xankəndi şəhərində AR Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü V.Polyaniçkovun həyatına sui-qəsd edilmişdir.
    39. 1991-ci il iyunun 28-dən 29- na keçən gecə terrorçu qrup tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı basqın olmuşdur, 6 nəfər dinc sakin qətlə yetirilmişdir.
    40. 1991-ci ilin yayında Xankəndi-Şuşa avtomobil yolunda SSRİ DİN Daxili Qoşunlar mayoru Xomiç qətlə yetirilmişdir.
    41. 1 may 1991-ci ildə Hadrut rayonunun Tuğ kənd orta məktəbinə məxsus «UAZ-469»markalı maşın partladılmış, nəticədə 3 nəfər həlak olmuşdur.
    42. 2 may 1991-ci ildə Fizuli rayonundan Hadrut rayonunun Tuğ kəndinə gedən «UAZ-469» markalı 30-78 AQD dövlət nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 1 nəfər ağır yaralanmışdır.
    43. 2 may 1991-ci ildə Ağdam rayonunun Gülablı kəndində 1 nəfər qətlə yetirilmişdir.
    44. 3 may 1991-ci ildə Qazax rayonunda 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
    45. 15 may 1991-ci ildə Kəlbəcər rayonunun Yelican kəndi yaxınlığında 1 nəfər qətlə yetirilmişdir.
    46. may 1991-ci ildə Laçın rayonunun Ermənistanla həmsərhəd olan Sadıllar kəndində yerləşən mühafizə postunda Laçın RDİŞ 4 nəfər milis işçiləri qətlə yetirilmişdir.
    47. may 1991-ci ildə Hadrut rayonunun Dolanlar kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
    48. 3 may 1991-ci ildə Hadrut rayonunun Yuxarı Fərəcli kəndinin kənarında yerləşən mühafizə postunda 1 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
    49. 23 may 1991-ci ildə Hadrut rayonunun Arpaqədik kəndi yaxınlığında SSRİ DİN-in Daxili Qoşunlarının 5460 saylı hərbi hissəsinin praporşiki qətlə yetirilmişdir.
    50. 26 may 1991-ci ildə Ağdərə rayonunu Umudlu kəndində 1 nəfər qətlə yetirilmişdir.
    51. 2 iyun 1991-ci ildə Qubadlı rayonunun Yuxarı Çibikli kəndində 1 nəfər hərbi qulluqçu qətlə yetirilmişdir.
    52. 9 iyun 1991-ci ildə Tərtər rayonunun Qapanlı kəndində 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
    53. 19 iyun 1991-ci ildə «Yevlax-Laçın» avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus «UAZ-469» markalı avtomaşın partladılmış, 1 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
    54. 22 iyun 1991-ci ildə Ağdərə rayonunun Baş Göytəpə kəndi yaxınlığında 1 nəfər qətlə yetirilmişdir.
    55. 25 iyun 1991-ci ildə Ağdərə rayonunun Vaqbaş kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir.
    56. 26 iyun 1991-ci il tarixdə ermənilər İmarət-Qərvənd kəndinin iki mülki sakinlərini qətlə yetirmişlər.
    57. 26 iyun 1991-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
    58. 28 iyun 1991-ci ildə Xocavənd rayonunun Kəndxurd kəndində 6 nəfər mülki sakin xüsusi qəddarlıqla qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.
    59. 3 iyul 1991-ci ildə Ağdərə rayonunun Umudlu kəndində 1 nəfər qətlə yetirilmişdir.
    60. 6 iyul 1991-ci ildə Goranboy rayonunun Erkec, Monaşit və Buzluq kəndlərində 3 milis işçisi qətlə yetirilmiş 12 nəfər ağır yaralanmışdır.
    61. 7 iyul 1991-ci ildə Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığındakı Ulbab adlanan ərazidə 4 nəfər kənd sakini qətlə yetirilmişdir.
    62. 17 iyul 1991-ci ildə Kəlbəcər rayonunun Xanımdərəsi və Uzungöl yaşayış məntəqələrində 2 nəfər mülki vətəndaş qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
    63. 20 iyul 1991-ci ildə Goranboy rayonunun Todan kəndində 2 nəfər qətlə yetirilmiş, 8 nəfər ağır yaralanmışdır.
    64. 21 iyul 1991-ci ildə Laçın rayonunu Əriməz yaylağında silahlı 9 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.
    65. 23 iyul 1991-ci ildə Hadrut rayonunun Tuğ kəndi yaxınlığında Tuğ Milis bölməsinin 1 nəfər əməkdaşı və 1 nəfər yerli sakin qətlə yetirilmişdir.
    66. 30 iyul 1991-ci ildə Hadrut rayonunun 2 nəfər Zəncur kənd sakinləri xüsusi qəddarlıqla qətlə yetirilmişlər.
    67. 31 iyul 1991-ci ildə Ağdərə rayonunun Dronbon kəndi yaxınlığında avtomobil yolu partladılmış, SSRİ DİN DQ-nin 5 nəfər hərbi qulluqçusu ağır yaralanmışdır.
    68. 2 avqust 1991-ci ildə Hadrut rayonunun Dolanlar kəndində «QAZ-53» markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 5 nəfər ağır yaralanmışdır.
    69. 10 avqust 1991-ci ildə Naxçıvan MR Culfa rayonunun Laketdağ kəndində 1 nəfər qətlə yetirilmişdir.
    70. 12 avqust 1991-ci ildə Kələbəcər rayonunun Sarıyel adlanan otlaq sahəsində 1 nəfər qətlə yetirilmiş, 2 nəfər yaralanmışdır.
    71. 21 avqust 1991-ci ildə Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında milis əməkdaşlarını aparan «KAMAZ» markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 1 sürücü həlak olmuş, 5 nəfər ağır bədən xəsarəti almışlar.
    72. 23 avqust 1991-ci ildə Əsgəran rayonun Cəmilli kəndində 3 nəfər mülki şəxs qətlə yetirmiş, 14 nəfər ağır yaralanmışdır.
    73. 29 avqust 1991-ci ildə Goranboy rayonun Şəfəq kəndində 1 nəfər qətlə yetirilmişdir.
    74. 7 sentyabr 1991-ci ildə Hadrut rayonunun Tuğ kəndində 2 nəfər kənd sakini qətlə yetirilmişdir.
    75. 7 sentyabr 1991-ci ildə Qazax rayonunun Bağanıs-Ayrım kəndində 1 nəfər yerli sakini ağır yaralamışdır.
    76. 9 sentyabr 1991-ci ildə Qazax rayonun Barxudarlı Dəmir yol stansiyasında 1 nəfər ağır yaralanmışdır.
    77. 10 sentyabr 1991-ci ildə Xocalı şəhərində 2 nəfər qətlə yetirilmiş, 5 nəfər ağır yaralanmışdır.
    78. 14 sentyabr 1991-ci ildə Hadrut rayonun Zəmzur kəndi yaxınlığında «UAZ» markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.
    79. 14 sentyabr 1991-ci ildə Goranboy rayonunun Buzluq və Başqışlaq kəndlərində 6 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır yaralanmışdır.
    80. 14 sentyabr 1991-ci ildə Ordubad rayonunun Qaranquş adlanan ərazisində 2 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
    81. 17 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq kəndi yaxınlığında «Russkie borisi» kolxozuna məxsus «MAZ» markalı avtomaşın partladılmış, nəticədə 1 nəfər həlak olmuşdur.
    82. 17 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində 2 nəfər qətlə yetirilmişdir.
    83. 18 sentyabr 1991-ci ildə Ağdərə rayonun İmarət-Qərvənd kəndində 1 nəfər qətlə yetirilmişdir.
    84. 18 sentyabr 1991-ci ildə Ağdərə rayonun Mesşen kəndi yaxınlığında «ZİL-131» markalı avtomaşın partladılmış, nəticədə 1 nəfər həlak olmuş və 1 nəfər ağır yaralanmışdır.
    85. 20 sentyabr 1991-ci ildə Goranboy rayonun Şəfəq, Todan, Erkec, Zeyvə kəndlərində 2 nəfər qətlə yetirilmişdir.
    86. 23 sentyabr 1991-ci ildə Ağdərə rayonun İmarət-Qərvənd kəndində 6 nəfər qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.
    87. 24 sentyabr 1991-ci ildə Ağdam rayonunun AbdalGülablı kəndi yaxınlığında «UAZ» markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışıdır.
    88. 25 sentyabr 1991-ci ildə Xankəndi şəhəri yaxınlığında «UAZ» markalı avtomaşın parladılmış, nəticədə 1 nəfər milis işçisi həlak olmuş, 1 nəfər isə ağır yaralanmışdır.
    89. 26 sentyabr 1991-ci ildə Şuşa şəhərində 1 nəfər qətlə yetirilmiş, 6 nəfər ağır yaralanmışdır.
    90. 26 sentyabr 1991-ci ildə «Yevlax-Laçın» yolunda «VAZ-2106» markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur.
    91. 28 sentyabr 1991-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində 1 nəfər qətlə yetirilmişdir.
    92. 29 sentyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində 1 nəfər qətlə yetirilmişdir.
    93. 01 oktyabr 1991-ci ildə Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində 1 nəfər qətlə yetirilmişdir.
    94. 03 oktyabr 1991-ci ildə Xocavənd rayonunda «UAZ» markalı avtomobil partladılmış, nəticədə 2 milis işçisi həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
    95. 06 oktyabr 1991-ci ildə Qazax rayonunun Xeyrimli kəndində 2 nəfər qətlə yetirilmişdir.
    96. 08 oktyabr 1991-ci ildə Xocalı rayonu yaxınlığında 1 nəfər qətlə yetirilmişdir.
    97. 09 oktyabr 1991-ci ildə Kərgicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
    98. 17 oktyabr 1991-ci ildə Ağdərə rayonun Baş Güneypərə kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
    99. 18 oktyabr 1991-ci ildə Şuşa rayonun Qaladərəsi kəndində 1 nəfər qətlə yetirilmişdir.
    100. 18 oktyabr 1991-ci ildə Xocavənd rayonun Qaradağlı kəndində 1 nəfər qətlə yetirilmişdir.
    101. 19 oktyabr 1991-ci ildə Ağdərə rayonun Sırxavənd kəndi yaxınlığında «UAZ-469» markalı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.
    102. 22 oktyabr 1991-ci ildə Baş Güneypərə, Sırxavənd və Orta Güneypərə kəndlərində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər yaralanmışdır.
    103. 26 oktyabr 1991-ci ildə Qazax rayonun Mazan kəndində 1 nəfər qətlə yetirilmişdir.
    104. 28 oktyabr 1991-ci ildə Xocavənd rayonunun Xocavənd kəndində 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
    105. 01 noyabr 1991-ci ildə Əskəran rayonun mərkəzində «UAZ-469» markalı 30-76 AQD nömrəli avtomaşın partladılmış, 1 nəfər həlak olmuş, 1 nəfər ağır yaralanmışdır.
    106. 05 noyabr 1991-ci ildə Şuşa rayonunun Nəbilər kəndində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
    107. 05 noyabr 1991-ci ildə Qazax rayonunun Xeyrimli və Aşağı Əskipara kəndlərində 2 nəfər qətlə yetirilmiş, 1 nəfər ağır yaralanmışdır.
    108. 07 noyabr 1991-ci ildə Hadrut rayonunun Xələfşə kəndində 2 nəfər qətlə yetirilmiş, 3 nəfər ağır yaralanmışdır.
    109. 12 noyabr 1991-ci ildə Goranboy rayonun Todan kəndində 1 nəfər qətlə yetirilmiş, 12 nəfər yaralanmışdır.
    110. 14 noyabr 1991-ci ildə Ağdam rayonun Əhmədəavar kəndində 1 nəfər qətlə yetirilmişdir.
    111. 15 noyabr 1991-ci ildə Hadrut rayonun Zəmzur və Şaqah kəndlərində 8 nəfər qətlə yetirilmiş, 4 nəfər yaralanmışdır.
    112. 16 noyabr 1991-ci ildə Xocavənd rayonun Xocavənd kəndində 2 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
    113. 19 noyabr 1991-ci ildə Xocavənd rayonun Xocavənd kəndində 4 nəfər qətlə yetirilmişdir.
    114. 20 noyabr 1991-ci ildə Ağdərə rayonun Əliağalı kəndində 1 nəfər qətlə yetirilmişdir.
    115. 28 noyabr 1991-ci ildə Qazax rayonun Aşağa Əskipara kəndində 1 nəfər qətlə yetirilmişdir.
    116. 1 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər həlak olmuş, 5 nəfər yaralanmışdır.
    117. 11 dekabr 1991-ci ildə Şuşa şəhəri və Kərkicahan qəsəbəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
    118. 12 dekabr 1991-ci ildə Ağdam rayonun Çuxur məhlə, Əhmədəavar, Xıdırlı, Çinli, Şelli, Qalayçılar kəndlərində 1 nəfər həlak olmuş, 5 nəfər ağır yaralanmışdır.
    119. 14 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmişdir.
    120. 15 dekabr 1991-ci ildə Xocalı şəhərində 1 nəfər qətlə yetirilmiş, 2 nəfər ağır yaralanmışdır.
    121. 16 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmişdir.
    122. 19 dekabr 1991-ci ildə Fizuli rayonun Qaradağlı kəndində 1 nəfər qətlə yetirilmişdir.
    123. 20 dekabr 1991-ci ildə Ağdam rayonunun Sırxavənd kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir.
    124. 20 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmişdir.
    125. 20 dekabr 1991-ci ildə Ağdərə rayonun Umudlu kəndində 1 nəfər qətlə yetirilmişdir.
    126. 23 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli kəndində 1 nəfər qətlə yetirilmişdir.
    127. 23 dekabr 1991-ci ildə Cəbrayıl rayonun Daşbaşı və Banazur kəndində 2 nəfər qətlə yetirilmişdir.
    128. 23 dekabr 1991-ci ildə Əskəran rayonun Meşəli kəndində 47 nəfər qətlə yetirilmiş, 41 nəfər yaralanmışıdır.
    129. 24 dekabr 1991-ci ildə Fizuli rayonun Arış, Çuvarlı, Qoqa, Çiman kəndində 2 nəfər qətlə yetirilmişdir.
    130. 25 dekabr 1991-ci ildə Fizuli rayonun Taradağlı, Arış, Xatınbulaq, Çuvarlı kəndində 1 nəfər qətlə yetirilmiş, 4 nəfər ağır yaralanmışıdır.
    131. 26 dekabr 1991-ci ildə Şuşa-Laçın rayonunun 4-cü kilometrində «ZİL-130» və «Moskviç» maşını partladılmış, 5 nəfər həlak olmuşdur.
    132. 28 dekabr 1991-ci ildə Kərkicahan qəsəbəsində 1 nəfər qətlə yetirilmiş, 1 nəfər yaralanmışıdır.
    133. 29 dekabr 1991-ci ildə Ağdam rayonun Sırxavənd kəndində 1 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir.
    134. 29 dekabr 1991-ci ildə Şuşa rayonun Malıbəyli, Kosalar, Qeybalı kəndində 16 nəfər dinc sakin qətlə yetirilmişdir.
    135. 1992-ci ilin yanvar ayında erməni quldurlarının Kərgicahan qəsəbəsinə hücum nəticəsində 80 nəfər mülki şəxs qətlə yetirilmişdir.
    136. 05 yanvar 1992-ci ildə Kərkicahan qəsəbəsində 2 nəfər qətlə yetirilmişdir.
    137. 05 yanvar 1992-ci ildə Hadrut rayonun Axullu kəndində 1 nəfər qətlə yetirilmişdir.
    138. 6 yanvar 1992-ci il tarixdə erməni quldurları İmarət-Qərvənd kəndinin Murovdağ yaylağında Humaylar adlanan çoban alaçığına hücum edərək iki azərbaycanlını yaralamışlar.
    139. 06 yanvar 1992-ci ildə Goranboy rayonun Böyük və Kiçik Çanabazar adlanan ərazisində 1 nəfər qətlə yetirilmiş, 7 nəfər ağır yaralanmışdır.
    140. 07 yanvar 1992-ci ildə Fizuli rayonun Yuxarı Veysəlli kəndində 1 nəfər qətlə yetirilmiş, 3 nəfər yaralanmışdır.
    141. 08 yanvar 1992-ci ildə Xocavənd rayonun Qaradağlı kəndində 8 nəfər yaralanmışdır.
    142. 09 yanvar 1992-ci ildə Fizuli rayonun Qaradağlı, Çuvarlı, Arış və Hadrut rayonunun Axurlu kəndində 2 nəfər milis işçisi və 3 nəfər yerli sakin qətlə yetirilmiş, 5 nəfər yaralanmışdır.
    143. 10 yanvar 1992-ci ildə Kəlbəcər rayonun Ağdaban kəndində 1 nəfər qətlə yetirilmişdir.
    144. 13 yanvar 1992-ci ildə Fizuli rayonunun Yuxarı Veysəlli, Arış, Ağbulaq kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
    145. 13 yanvar 1992-ci ildə Kərkicahan qəsəbəsinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
    146. 13 yanvar 1992-ci ildə Xocavənd rayonu Əmiranlılar kəndinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.
    147. 17 yanvar 1992-ci ildə Şuşa rayonunun Kosalar və Malıbəyli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
    148. 20 yanvar 1992-ci ildə Ağdam rayonunun Qərvəndə kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
    149. 21 yanvar 1992-ci ildə Ağdam rayonunun Xıdırlı kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
    150. 22 yanvar 1992-ci ildə Ağdam rayonunun Çinli kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
    151. 25 yanvar 1992-ci ildə Şuşa rayonunun Xəlfəli və Malıbəylə kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər qətlə yetirilmişdir.
    152. 25 yanvar 1992-ci ildə Ağdam rayonu müxtəlif silahlardan atəşə tutulmuş nəticəsində 1 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.
    153. 25 yanvar 1992-ci ildə Xocavənd rayonunun Əmirallılar kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmiş, 2 nəfər yaralanmışdır.
    154. 26 yanvar 1992-ci ildə Goranboy rayonunun Şəfəq kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
    155. 29 yanvar 1992-ci ildə Ağdam rayonunun Şelli və Əhmədavar kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuşdur.
    156. 1 fevral 1992-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə silahlı basqın nəticəsində 3 nəfər qətlə yetirilmişdir.
    157. 1 fevral 1992-ci ildə Xocalı rayonunun Fərrux kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
    158. 7 fevral 1992-ci ildə Ağdam rayonunun Sırxavənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər qətlə yetirilmişdir.
    159. 11 fevral 1992-ci ildə Şuşa rayonunun Malıbəyli kəndinə silahlı basqın nəticəsində 12 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
    160. 16 fevral 1992-ci ildə Xocalı rayonunun Qaradağlar kəndinə silahlı basqın nəticəsində 24 nəfər qətlə yetirilmişdir.
    161. 17 fevral 1992-ci il tarixdə 56 nəfər, onlardan 12 nəfəri uşaq olan Qaradağlı kənd sakinlərini güllələmişlər.
    162. 17 fevral 1992-ci ildə Xocalı rayonunun Qaradağlar kəndinə silahlı basqın nəticəsində 10 nəfər qətlə yetirilmiş, 4 nəfər yaralanmışdır.
    163. 22 fevral 1992-ci ildə Fizuli rayonunun Yuxarı Veysəlli kəndinə silahlı basqın nəticəsində 3 nəfər qətlə yetirilmiş, 3 nəfər itkin düşmüş, 12 nəfər ağır yaralanmışdır.
    164. 22 fevral 1992-ci ildə Qubadlı rayonunun Məlikməhəmmədli kəndinə silahlı basqın nəticəsində 3 nəfər qətlə yetirilmişdir.
    165. 23 fevral 1992-ci ildə Şuşa rayonunun mərkəzi raket və top atəşinə tutulmuş nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
    166. 26 fevral 1992-ci ildə Tərtər rayonunun mərkəzi raket və top atəşinə tutulmuş nəticədə 4 nəfər həlak olmuş, 9 nəfər yaralanmışdır.
    167. 08 mart 1992-ci ildə Ağdam rayonunun Şelli kəndi silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 6 nəfər ağır yaralanmışdır.
    168. 16 mart 1992-ci ildə Fizuli rayonunun mərkəzi raket atəşinə tutulmuş, nəticədə 4 nəfər həlak olmuş, 12 nəfər ağır yaralanmışdır.
    169. 18 mart 1992-ci ildə Tərtər rayonunun mərkəzi raket atəşinə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır.
    170. 21 mart 1992-ci ildə Qazax rayonunun Aşağı Əskipara və Məzəm kəndləri raket atəşinə tutulmuş, nəticədə 4 nəfər həlak olmuş, 5 nəfər ağır yaralanmışdır.
    171. 22 mart 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi raket atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuşdur.
    172. 22 mart 1992-ci ildə «UAZ 469» markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Soflu, Cəfərli yolunda partladılmış nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
    173. 22 mart 1992-ci ildə Ağdam rayonunun Muğanlı kəndi silaşlı basqına məruz qalmış, nəticədə 1 nəfər həlak olmuşdur.
    174. 28 mart 1992-ci ildə «Kamaz-5410» markalı 40-53 AQS dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
    175. 31 mart 1992-ci il tarixdə erməni quldurları Hoğa kəndinə hücum edərək 6 nəfər qətlə yetirmiş, 3 nəfər ağır yaralamışlar.
    176. 1 aprel 1992-ci ildə Fizuli rayonunun Günəşli kəndi top atəşinə tutulmuş, nəticədə 3 nəfər həlak olmuşdur.
    177. 6 aprel 1992-ci ildə Tovuz rayonunun Əlibəyli kəndi top atəşinə tutulmuş, nəticədə 2 nəfər həlak olmuş, 16 nəfər ağır yaralanmışdır.
    178. 9 aprel 1992-ci ildə Şuşa şəhərinin mərkəzi top atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuşdur.
    179. 9 aprel 1992-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndinə silahlı basqın edilmiş, nəticədə 35 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
    180. 13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi top atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
    181. 18 aprel 1992-ci ildə Qazax-Cəfərli yolunun 10-cu km-də «Maz» markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 1 nəfər ölümcül yaralanmışdır.
    182. 25 aprel 1992-ci ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndi silahlı basqına məruz qalmış, nəticədə 5 nəfər ağır yaralanmış, 3 nəfər itkin düşmüşdür.
    183. 25 aprel 1992-ci ildə Ağdam rayonunun Şelli, Papravənd, Abdal kəndləri raket, top atəşinə tutulmuş, nəticədə 2 nəfər mülki vətəndaş həlak olmuş, 1 nəfər yaralanmışdır.
    184. 29 aprel 1992-ci ildə Kəlbəcər rayonunun Narıclılar kəndi silahlı basqına məruz qalmış, nəticədə 6 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmış, 2 nəfər itkin düşmüşdür.
    185. 2 may 1992-ci ildə Xanlar rayonunun Dosular kəndi silahlı basqına məruz qalmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
    186. 2 may 1992-ci ildə Naxçıvan MR Şərur rayonunun Havış kəndi top atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
    187. 5 may 1992-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi silahlı basqına məruz qalmış, nəticədə 6 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
    188. 5 may 1992-ci ildə Naxçıvan MR Şərur rayonunun Havış və Günnüd kəndləri müxtəlif silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
    189. 8 may 1992-ci ildə Tərtər rayonunun Seyidimli kəndi raket atəşinə tutulmuş, nəticədə 1 nəfər həlak olmuşdur.
    190. 9 may 1992-ci ildə Laçın rayonu şiddətli top atəşinə tutulmuş, nəticədə 7 nəfər həlak olmuşdur.
    191. 11 may 1992-ci ildə Ağdam rayonunun Şelli kəndi atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
    192. 13 may 1992-ci ildə Bərdə rayonu top atəşinə tutulmuş, nəticədə 5 nəfər həlak olmuş, 3 yaşayış binası dağıdılmışdır.
    193. 14 may 1992-ci ildə Tovuz rayonunun Əlibəyli kəndi müxtəlif silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
    194. 18 may 1992-ci ildə Ağdam rayonu top atəşinə tutulmuş, nəticədə 3 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
    195. 18 may 1992-ci ildə Naxçıvan MR Sədərək qəsəbəsinə silahlı basqın nəticəsində 5 nəfər həlak olmuş, 51 nəfər yaralanmışdır.
    196. 23 may 1992-ci ildə Naxçıvan MR Sədərək qəsəbəsinə silahlı basqın nəticəsində 19 nəfər həlak olmuş, 23 nəfər yaralanmışdır.
    197. 20 may 1992-ci ildə Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında «UAZ-469» markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticəsində 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
    198. 25 may 1992-ci ildə Naxçıvan MR Ordubad rayonunun Soyuq kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
    199. 26 may 1992-ci ildə Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
    200. 1 iyun 1992-ci ildə Kəlbəcər rayonunun Alqaya kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
    201. 1 iyun 1992-ci ildə Qubadlı rayonunun mərkəzi müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 29 nəfər yaralanmışdır.
    202. 1 iyun 1992-ci ildə Fizuli rayonunun Gövşadlı kəndi atəşə tutulmuş, nəticədə 3 nəfər mülki vətəndaş həlak olmuşdur.
    203. 3 iyun 1992-ci ildə Cəbrayıl rayonunun Şuşaqax kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuşdur.
    204. 3 iyun 1992-ci ildə Ağdam rayonunun Papravənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
    205. 5 iyun 1992-ci ildə Tərtər rayonunun Seyidimili kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
    206. 8 iyun 1992-ci ildə Tovuz rayonunun Əliöəyli və Böyükqışlaq kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.
    207. 10 iyun 1992-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır.
    208. 12 iyun 1992-ci ildə Fizuli rayonunun Çuvarlı kəndində yük maşını partladılmış, nəticədə 1 nəfər yerli sakin həlak olmuşdur.
    209. 13 iyun 1992-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə silahlı basqın nəticəsində 6 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.
    210. 13 iyun 1992-ci ildə Qazax rayonunun Fərəhli kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuşdur.
    211. 13 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli və Seyidimli kəndinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 19 nəfər yaralanmışdır.
    212. 14 iyun 1992-ci ildə Qazax rayonunun Məzən və Fərəhli kəndlərinə silahlı basqın nəticəsində 5 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
    213. 16 iyun 1992-ci ildə Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 6 nəfər yaralanmışdır.
    214. 22 iyun 1992-ci ildə Fizuli rayonunun Qaradağlı və Korazilli kəndlərinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
    215. 22 iyun 1992-ci ildə Naxçıvan MR-in Sədərək qəsəbəsinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuşdur.
    216. 22 iyun 1992-ci ildə Fizuli rayonunun Yuxarıyağlavənd kəndinə silahlı basqın nəticəsində 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
    217. 27 iyun 1992-ci ildə Fizuli rayonunun Dövlətyarlı kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
    218. 01 iyul 1992-ci ildə Fizuli rayonunun Gövşadlı və Zərgərli kəndləri «Qrad» tipli raketlərdən atəşə tutulmuş nəticəsində 3 nəfər həlak olmuşdur.
    219. 01 iyul 1992-ci ildə Qubadlı rayonunu mərkəzi «Qrad» tipli raketlərdən atəşə tutulmuş nəticədə 1 nəfər həlak olmuş, 27 nəfər yaralanmışdır.
    220. 03 iyul 1992-ci ildə Cəbrayıl rayonunun mərkəzi toplardan atəşə tutulmuş nəticədə 1 nəfər həlak olmuşdur.
    221. 04 iyul 1992-ci ildə Goranboy rayonunun Gülüstan kəndinə silahlı basqın nəticəsində 4 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
    222. 05 iyul 1992-ci ildə Naxçıvan MR-in Sədərək qəsəbəsinə müxtəlif növə silahlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
    223. 07 iyul 1992-ci ildə Ağdam rayonunun Şelli kəndi vertolyotlardan atəşə tutulmuş, nəticədə 1 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
    224. 8 iyul 1992-ci ildə Fizuli rayonunun Qacar kəndi top atəşinə tutulmuş, nəticədə 2 nəfər həlak olmudur.
    225. 20 iyul 1992-ci ildə Ağstafa rayonunun Köhnə Qışlaq, Yaradullu və Tatlı kəndlərinə silahlı basqın nəticəsində 2 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdır.
0 0 0