Aşıq şƏmşırin destan yaradıcılığı

Son güncelleme:
  • Dədə Şəmşrin ailə-əxlaq üzərində qurduğu "Şəmşir və Sənubər" dastanı ustadın yaşadığı acılı-şirinli dünyanın epik-lirik məqamları üzərində qurulan həyat səlnaməsidir. Nədənsə, dastanda bütün obrazları öz adı ilə saxladığı halda, Dədə Şəmşir ömür gün yoldaşı Güllü nənəni "Sənübər" adı ilə bir növ ismi-pünhan obraz kimi dastanın sujetində oxucsuna sevgisində ardıcıl, qayım-qadım, xoş, qədim türk xanımı kimi təqdim edir.
    Digər məhəbbət dastanlarındanh fərqli olaraq dastan önü verilmiş üç ustadnaməözünündür.
    Bu ustadnamələrdə aşıq dinləyiçilərə mərdlik, xalqa, vətənə məhəbbət, sədaqət kimi insani keyfiyyətlər aşılayır, onları pis əməllərdən uzaq olmağa, hər deyilən sözə inanmamağa, hər adama sir verməməyə çağırır.
    Aşıq Şəmşir "Şəmşir və Sənubər" dastanını düzüb qoşarkən üç mərhələli ustadnamədən, bir haqq qapısı divanidən, 30 bəndlik 6 gəraylıdan, 98 bəndlik 28 qoşmadan, çoxlu gəraylı, qoşma, müxəmməs üzərində deyişmə, qıfılbənd və 6 bəndlik toyaxarı duvaqqapmalı xeyir-duadan istifadə etmişdir.

    Aşıq Şəmşrin ən çox müraciət etdiyi şe'r nümünələri bunlardır:

    Təsnif, bayatı, gəraylı, qoşma, təcnis, divani, müxəmməs və onların şəkilləri.
0 0 0