Qocaldım - Qosma - Dede Semsir

Son güncelleme: 08.06.2010 08:56
  • Təkcə mən deyiləm xətti çal olan,
    Baxıram qocalan çoxdu, qocaldım.
    Cavanlıq eşqini əlimdən alan
    Axır mənə belə baxdı, qocaldım.

    Qocalıq qış fəsli, boranlı qardı,
    İnsanın ömrünə qorxusu vardı.
    Elə ki, saqqalım, saçım ağardı,
    Bildim ki, yeti8şən vaxtdı, qocaldım.

    Şəmşirəm, dil verdi nəğmə dilimə,
    Qulluq etdim vətənimə, elimə
    Dərman hanı qocalığa, ölümə..
    Neynəyim ki, çara yoxdu, qocaldım.
#08.06.2010 08:56 0 0 0