Gedirəm - Qosma - Dede Semsir

Son güncelleme: 08.06.2010 08:57
  • Qədərindən artıq qəmlər yemişəm,
    Gözüm bu cahandan doyub, gedirəm.
    İsgəndər dünyada əliboş getdi,
    Mən hansı xəzinə qoyub gedirəm?

    Biz abad etmişdik o viran yurdu,
    Kim ucaldı, kim yıxıldı, kim durdu?!
    Qəza oxun atdı, nə irast vurdu,
    Qəlbimə yaralar dəyib, gedirəm.

    Eşq oduna dönə-dönəyanmışam,
    Məhəbbət azalıb-dürüst qanmışam,
    Şəmşirəm, gərdişə səhv inanmışam,
    İkəlli başıma döyüb gedirəm.
#08.06.2010 08:57 0 0 0