Dəriyə qulluq

Son güncelleme: 09.06.2010 15:44
  • noimage

    8 stəkan su için. Bildiyimiz kimi bədənimizin yüzdə 60-ı sudan ibarətdir. Ancaq bu miqdar yaş irəlilədikcə azalmağa başlayır. Bunun nəticəsində dəri quruyur və qırışıqlıqlar meydana gəlir. Eyni zamanda su bədənin temperaturunu və nəm tarazlığını qoruyur. Buna görə də gün ərzində 8 stəkan su içməyə diqqət yetirin.


    Kafeindən uzaq durun. Həddindən artıq miqdarda qəhvə içmək stres hormonlarına təsir göstərir və bu da dərinin normal bəslənməsinə mane olur.


    Çox yağlı və şəkərli qidaların istifadəsi gün ərzində qandakı şəkər səviyyəsində ani eniş-çıxışlar edir. Bu isə dərinin möhkəmliyini təmin edən toxumaların zərər görməsinə səbəb olur və dəridəki ləkələrin çoxalmasını sürətləndirir.Buna görə də çox yağlı və qızarmış qidalardan, peçenye kimi şirin məmulatlardan mümkün olduğu qədər az yeməyə çalışın.



    Bir kasa çiyələk. Hər gün və ya 2 gündən bir yeyəcəyiniz bir kasa çiyələk dərinizi C vitamini ilə zənginləşdirəcək.



    Bir dəstə cəfəri. Hər gün səhər C vitamini ilə zəngin olan cəfəridən az da olsa yeməyə çalışın.



    Açıq havada gəzmək qan dövranını hərəkətləndirərək dərinizi daha işıltılı hala gətirir. Mütəxəssislər sağlam bir dəri üçün həftədə ən az 3 gün 45 dəqiqə gəzməyi tövsiyə edirlər.



    Təbii məhsullardan istifadə etməyə üstünlük verin. Hamının bildiyi kimi makiyaj dəriyə çox böyük zərər vurur. Xüsusilə də yay günlərində üzə vurulan kremlər tərləmə zamanı dəridəki məsamələrin tıxanmasına və dərinin nəfəs almamasına səbəb olur. Dərinin quruması ilə qırışıqlıqların meydana gəlməsi sürətlənir. Həkimin məsləhət gördüyü kozmetik vasitələrdən və nəmləndiricilərdən istifadə etməyə çalışın.
#09.06.2010 15:44 0 0 0