Yeməklər yalnız bədənimizi deyil, ruhumuzu da qidalandırır. Yaşadığınız depressiya, qayğı, böhran, həddindən artıq hirs, utancaqlıq kimi vəziyyətlərdə iştahınıza da mənfi təsirlər olur. Amma elə yeməklər var ki, insanı xoşbəxt edir.
C vitamini ilə zəngin olan çiyələk çox faydalı və dadlıdır. Çiyələk bütün ifrazat orqanlarını işlədərək bədənə gənclik və qüvvət qazandırar. Yüksək təzyiqi salar, damarları təmizləyər. Xərçəngə qarşı qoruyar, böyrəkdə qum və daş yaranmasının qarşısını alar.
Stressin bir nömrəli düşməni. Özünüzü pis hiss edirsinizsə, dərhal şokolad yeyin. Eşqbazlıq etmək kimi bir şey. Xoşbəxtlik hormonu "seratonin" o dəqiqə beyində dövran edir.
Çox yeyilsə kökəldiyir, az yeyilsə, xoşbəxtliyə xoşbəxtlik qatır. Dondurma qocalmağın qarşısını alır. 100 qram dondurmada 135 mg kalsium, 115 mg fosfor, 100 mg natrium, 160mg kalium, 25 qram karbohidrat var. Amerikada adam başına 25 kiloqram istehlak edilir. Süddən daha zəngin bir qida maddəsidir. A, C, D, E vitaminləri var.
Makaron enerji verən və xoşbəxt edən qidalar arasında iştirak edir. Həzmi asandır. Xüsusilə yalnız salat ilə birlikdə yeyilsə kökəltməz.
Buğda çörəyi də çətinlikləri unutdurur. İştahı açır və dinc hiss etdirir.
Qurudulmuş meyvələr yağ nisbəti yüksək olsa da, insanı xoşbəxt edir. Uşaqlar və idmançılar daha çox yeyə bilər. Dəmir, mis, maqnezium, sink, kalium, fosfor kimi mineralların təbii qaynağı olan bu çərəz ürək, beyin sinir sistemi, əzələ və sümüklərimizin dostudur. Duzsuz olanından hər gün 10-15 ədəd yemək olar.