Azərbaycanlı gənc müğənni Sevinc Ağaşirinova qeyri-adi konsertlə Azərbaycan musiqi səhnəsində adını tanıtmağa hazırlaşar.
Vaxtilə "Xalq Ulduzu" verilişinin aparıcısı olan gənc müğənni dünya şöhrətli sehrbaz Devid Kopperfildə birgə səhnədə konsert verəcək. Bu barədə Lent.az-a açıqlama verən müğənni qeyri-adi konsertdən danışıb: "Azərbaycan səhnəsində bu qədər gənc müğənni olduğuna görə seçilməyə ehtiyacım var. Qeyri-adi konsert arzulayıram. İstəyirəm ki, dünya şöhrətli Devid Kopperfild mənimlə bir səhnədə olsun. Oxuduğum hər mahnıya uyğun müxtəlif illüziyalı səhnələr olsun. Artıq danışıqlara başlamışıq. Güman edirəm ki, bu mümkün olacaq".
Sevinc bu ideyanın analoqunun olmadığını iddia edib: "Bu ideyanı nəinki azərbaycanlı müğənni, heç Beyons və Şakira belə həyata keçirməyib. Bu, gözəl bir şou və əsl musiqi ziyafəti olacaq".