Tarixde Bugün - 24 iyun

Son güncelleme: 24.06.2010 00:35
  • 24 iyun. İlin sonuna 190 gün qalır.


    1322. Yəhudilərin ikinci dəfə Fransadan deportasiya edilməsi başlayıb

    1497. Səyyah Jan Kabot Kanadanı kəşf edib

    1635. Kral 13-cü Luinin təqdimatı əsasında Kardinal Rişelye ermənilərin Fransa ərazisində sərbəst ticarətlə məşğul olmasına icazə verib

    1645. Osmanlı ordusu Krit adasını tutub

    1793. Fransa Respublikasının ilk konstitusiyası qəbul edilib

    1812. Napoleon qoşunu Rusiya üzərinə hücuma başlayıb

    1859. İsveçrəli Anri Dunant, İtaliyada Solferino müharibəsindən sonra beynəlxalq Qırmızı Xaç cəmiyyətini qurub

    1901. Parisdə Pablo Pikassonun ilk sərgisi təşkil edilib

    1930. Kolumbiyada təyyarələri aşkar etmək üçün ilk dəfə radardan istifadə olunub

    1934. Ukraynanın paytaxtı Xarkovdan Kiyevə köçürülüb

    1935. Keçmiş SSRi-də ilk dəfə Tiflisdə uşaq dəmir yolu açılıb

    1938. Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib

    1938. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy anadan olub

    1939. Azərbaycan əsilli İran yazıçısı Səməd Behrəngi anadan olub

    1945. Marşal Jukovun rəhbərliyi ilə Qızıl Meydanda qələbə paradı keçirilib. Parad alman bayraqlarının mavzoleyin önünə atılması ilə başa çatıb

    1953. Milli qəhrəman Əlif Hacıyev anadan olub

    1955. Jurnalist Nəcəf Nəcəfov anadan olub

    1973. Brejnev ABŞ-a səfəri zamanı soyuq müharibənin başa çatdığını elan edib

    1976. Vyetnamın birləşməsi haqqında bəyannamə qəbul edilib

    1993. Milli Məclis prezidentin bütün səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə verib

    2002. Tanzaniyada əyləc sistemi sıradan çıxan qatarın qəzası nəticəsində 200 nəfər həlak olub, 800-dən çox insan xəsarət alıb

    2005. Mahmud Əhmədineyjad ilk dəfə İran prezidenti seçilib

    Günün aforizmi
    "Diplomat "bəli" deyəndə "ola bilsin ki" ifadəsini, "ola bilsin ki" deyəndə "yox" sözünü nəzərdə tutur. Lakin "yox" deyəndə o, bir diplomat kimi mövcud olmur".

    Ənis Mənsur
#24.06.2010 00:35 0 0 0