Elariz Məmmədoğlu qızına toy etdi - Foto

Son güncelleme: 25.06.2010 23:50
  • noimage



    Müğənni Elariz iyunun 15-də şəhər restoranlarının birində qızı Ülviyyəyə toy edib. Lent.az-ın məlumatına görə, toy maraqlı faktları ilə yadda qalıb.

    Məclisi Elarizin yaxın dostu Rüfət Axundov idarə edib. Toyda Elarizə yaxın olan sənət dostları iştirak edib. Onların arasında xalq artistləri Arif Babayev, Nazpəri Dostəliyeva, Azər Zeynalov, Flora Kərimova, eləcə də, Bəhram Bağırzadə, Natəvan Həbibi, Kərim, Faytonçu Nazim, Səidə Sultan, Xuraman Şuşalı, Samir Piriyev, Xatun və digər qonaqlar olub.

    Toyun ən maraqlı sürprizləri gəlinin bacısı və qardaşından gəlib. Bacısı maraqlı xoreoqrafik rəqs hazırlayıb, qardaşı Məmməd isə əvvəlcədən hazırlanmış video materialı sürpriz edib. Videogörüntüdə qardaşı Şopendən musiqi əsəri ifa edir. Elariz Məmmədoğlunun həyat yoldaşı sürprizləri göz yaşı ilə izləyib.

    Qeyd edək ki, müğənni və qızı mətbuat nümayəndələrinin toyda iştirak etməsinə, tədbiri işıqlandırmasına qarşı çıxmasa da, gəlin və bəyin yaxından görüntülənməsinə icazə verməyib.

    Elarizin kürəkəni Nicat daxili işlər orqanlarında çalışır.

    Nəzrin

    noimage

    noimage

    noimage
#25.06.2010 23:50 0 0 0