Yəqin çoxlarınızın ağlına müxtəlif cavablar gəldi.
Nəyi mütləq hər gün etməliyik?
Əlbəttə, Allaha şükür etməyi...
Bəzi insanlar işlərinin çoxluğundan, bitmək bilməyən problemləri həll etməkdən,hər xırda şeylərə görə depressiyaya düşməkdən həyatlarında xırda olsa da, böyük məna kəsb edən, amma sanki elə belə olmalıdır düşündükləri nemətləri görmürlər.
Halbuki Allaha şükr etməli olduğunuz o qədər gözəl
Şeylər var ki...
Başqalarında olan və ya olmayan amma məhz sizə verilən nemətləri görün.
Bir anlıq bütün problemlərinizi, fikirlərinizi həyatınızda olan çirkinlikləri unudun.