Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 137-ci teatr mövsümünü başa vurmağa hazırlaşır.
Teatr mövsümü İlyas Əfəndiyevin pyesi əsasında rejissor Bəhram Osmanovun quruluş verdiyi "Xurşidbanu Natəvan" tamaşası ilə yekunlaşdıracaq.
Teatrdan Lent.az-a verilən məlumata görə, teatrın mövsüm bağlanışı iyunun 28-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutacaq.
Tamaşada xalq artistləri Bəsti Cəfərova, Nurəddin Mehdixanlı, Rafiq Əzimov, əməkdar artistlər Sabir Məmmədov, Cəfər Namiq Kamal, Sadıq İbrahimov, Kazım Abdullayev, Mehriban Xanlarova, Əsgər Məmmədoğlu, Pərviz Bağırov, Firuz Xudaverdiyev, Kazım Həsənquliyev, Tofiq Hüseynov, artistlər Vəfa Rzayeva, Anar Heybətov, Rövşən Kərimduxt, Mətləb Abdullayev, Məzahir Cəlilov, Əlvida Cəfərov və Aslan Şirinov iştirak edirlər.