Gözəl saçlara malik olmaq istəyirsiniz

Son güncelleme: 26.06.2010 11:03
  • noimage

    Saçlar hələ qədim zamanlardan qadınların bəzəyi olub, belə bir söz də vardır: Qadının saçları elə onun özüdür. Hətta insanın saçlarına baxıb xasiyyətini də üzə çıxarmaq olur. Əvəllər saç boyamaq xına vasitəsilə yerinə yetirilirdi, lakin müasir zamanda süni vasitə olan boyalardan istifadə olunur. Saçlarımız gözəl görünməklə ətrafdakıların diqqətini cəlb edə bilirik və bu zaman özümüzü çox gözəl hiss etmiş oluruq. Ancaq saçlarımıza qulluq edərkən bəzən uğursuz səylərimiz olur və saçlarımız daha da gücsüzləşərək elastikliyini itirir. Bu da saçlara qulluğun düzgün qaydalarını bilmədiyimizdən irəli gəlir.İlk öncə qadınlar üçün ev şəraitində saça qulluqdan söz acaq. Bu sahədə sizə beş məsləhətimiz var. Diqqətlə oxumağa dəyər.

    1.Ən böyük problem saçların tökülməsidir. Saçların tökülməsinin qarşısını almaq üçün saçın dib hissələrinə sarımsaq və ya soğan suyu sürtərək bir saat müddətində saxlamaq lazımdır. Düşünürsünüzsə sarımsağın iyinin getməmək ehtimalı var, yanılırsız saçlarınızı yuyarkən su ilə limon suyunu qarışdırıb yaxşıca 2 gün yusanız qoxudan əsər əlamət qalmayacaq.

    2.Əgər parıltılı saçlara üstünlük verib cazibənizi artırmaq istəyirsinizsə o zaman saçlarınıza zeytun yağı sürtüb yarım saat saxlayın və bundan sonra saçlarınızı yuyun. Bu zaman parıltını və səlisliyi özünüz hiss edəcəksiniz.

    3.Saçlarınızın acıq rəngə çalmasını istəyirsinizsə o zaman saçlarınızı limon suyu ilə yaxalamağınız kifayətdir.

    4.Xanımların ən böyük problemlərindən biri də saçqıran xəstəliyidir. Bu yoluxucu bir xəstəlikdir və əsasən bir daraqdan və ya papaqdan bir neçə adamın istifadəsi nəticəsində ortaya çıxır. Saçlarınızda saçqıran olan zaman dərhal saçlarınızın o hissəsini kəsdirməyiniz lazımdır. Əks halda bütün saçlarınızla vidalaşma ehtimalı yarana bilər.

    5.Ən əsas məsləhətimiz isə şampun, sabun ve gellər alarkən tərkibini oxuyub hansı firmaya məxsus olduğuna diqqət yetirin, bunun üçün aptekə üz tutmağınız yaxşı olardı.
#26.06.2010 11:03 0 0 0